ailə

İllərlə ailədən ayrı qalaraq ruzi dalınca getmək doğrudurmu?

    18.03.2016
Sual: 
Salam Aleykum. Men aylarla illerle qadinini tek qoyub Ruzu dalinca getmek meqsedi ile uzaga gedenler haqqinda bilmek isteyirem ki bu haqqda dini hedisler varmi... eyer varsa bu muddet ne qeder olmalidir... Xahiş edirem etrafli cavablandirasiniz.Qabaqcadan teşekkur edirem..
Cavab: 
Və aleykum Salam. Əgər qadın ərinin onu qoyub uzun müddətə başqa ölkəyə ruzi dalınca getməsinə razıdırsa, bunda kişi günah daşımır. Həmçinin, razı deyilsə, lakin dolanışıq yoxdur və yalnız başqa yerə gedib ruzi qazanmaq mümkündürsə, bu halda da kişi günah qazanmır.

Övladlığa uşaq götürmək olar?

    18.03.2016
Sual: 
Salam, ovladliga usaq goturmek isdeyirik yoldasimla anam atam raziliq vermir ne ede bilerik? Bide kebin oxutdurmaqla namehremlik aradan qalxir ewitmiwem , bu dogrudurmu? Onceden tewekkur edirem.
Cavab: 
Və aleykum Salam. Siz uşaq evindən uşaq götürə bilərsiniz. Lakin, böyüdükdən sonra o uşağa atasının və anasının kim olmasını bildirməlisiniz. Kəbin oxutdurmaqla naməhrəmlik aradan qalxmır. Daha ətraflı:

Kəbinlə əlaqəli bir neçə sual...

    16.03.2016
Sual: 
salam size bir nece sualim var 1.eger valideynler 2 gencin evliliyine raziliq veribse o gencler bir birine halal sayilirlar? 2.eger 1ci kebin mueyyen sebeblere gore yeni velinin raziliqini almadan edilibse batil sayilirsa 2vi defe kebin kesdirilmelidi? 3.kebin kesilende kebin kaqizi verilmesi mutleq shertdir?o kaqizda ne yazilir? 3.2 evli wexs bowanibsa onlar yeniden bariwib birge olmaq isteyirse 2ci defe kebin kese bilerler?
Cavab: 
Və aleykum Salam.
1. Valideynlərin razılığı hələ kəbin deyildir. Ona görə kəbin kəsənə və toy edənə qədər onlar bir-birinə halal sayılmırlar. 

Körpə qızımın ölümündən sonra sakitləşə bilmək üçün nə edim?

    15.03.2016
Sual: 
Salam. Mənim təzəlikcə 8 aylıq qızım dünyasını dəyişib. Necə edim nə edimki, ürəyim rahatlıq tapsın ağlayıb özümü öldürməyim. Ümumiyyətlə onunçün nə edə bilərəmki ruhu şad olsun. Bir də onun geyimlərini sağlamağım düzgündü ya yox
Cavab: 
Və aleykum Salam. Allah sizə səbr versin! Siz Allahın qədərinə səbr edərək, Ona üsyan etmədən namaz qılın, xeyirli əməlləri çox edərək Cənnəti qazanmağa çalışın. Cənnətə daxil olacağınız təqdirdə Allahın izni ilə həmin körpəyə qovuşacaqsınız. Bu cavabları oxuyun: 

Abort etməyəcəyimə etdiyim tövbəni pozmuşam, nə edim?

    08.03.2016
Sual: 
Bətnimə düşən uşağı tələf etməyəcəyəm dəfə tövbə etdim.tövbəmi yaşayışının çətin olduğu üçün tövbəmi pozmaq məcburiyyətində qaldım.3 övladım var.günahımın bagışlanması üçün və etməliyəm.

Ərimin xarici görünüşünə görə valideynləri ona qəzəblənir...

    08.03.2016
Sual: 
Salam Aleykum. Menim yoldasim saqqal saxliyir. Lakin anasi atasi saqqali qebul elemir. Anasi deyir qirxmasan eve gelme.ama ozu de namaz qlir.atasi da deyir mugenbilik peseni davam etmeyince haqqim halal deyil sene.
Cavab: 
Va aleykum Salam. Uca Allah valideynlərə qarşı gözəl davranmağı buyurmuşdur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.

Pages