ailə

Ərim oruc tutmağa mane olur, nə edim?

    25.07.2015
Sual: 
Salam.mene dini baximda mes­lehet verseniz cox sevinerem. Men 2 ildi­ki aileliyem. Axrinci orucum niwanli vax­tinda olub. Sonra uzr istiyirem hamile o­lmuwam, uwaq emizdirmiwem orucum alinmiy­ib. Yoldawimla munasibetlerimiz cox aqir­di. Amma orucumu tutanda dualar etdim. Y­oldawimin qazanci ruzili bereketli olmas­ini diledim. Oz ve onun validenleri ucun­de dua etdim. Bugun orucumun birinci gun­udu. Amma yoldawim demek olarki menimle ­pis reftar edir. Menim orucumu laqa qoyu­r. Gulur mene. Mene deyirki sen doze bil­miyeceksen. Sen zeifsen. men oruclu ola ola, Her defe mene s­udan daniwir.

Ərimin pulu ilə valideynlərimə nəsə alanda qaynanamdan gizləyə bilərəmmi?

    25.07.2015
Sual: 
Salam Aleykum.men yoldaşımdan heç bir sözü heçneyi gizlemirem.ama qaynanam biraz ayrl cür xasiyetli oldugu ücün anama atama nese alanda verende qaynanamdan gizliyirem demirem birce yoldaşım bilir meni narahat edir bu günahdırmı.çünki arxamca danışdıgını bilirem.her şey alır verir isdemir menim nese vermeyimi.buna göre birce yoldaşımdan soruşub alıram verirem neyisede.sualıml cavablandırdıgınız üçün önceden teşekkür edirem
Cavab: 

Aleykum salam. Əsas məsələ, ərinizin xəbərdar olması və razı olmasıdır. Fitnə çıxacağından qorxursunuzsa, qaynananızdan gizləyə bilərsiniz. Ərinizin malını qorumaq, onun icazəsi olmadan xərcləməmək isə üzərinizə düşən ən vacib vəzifələrdəndir.

Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?

    25.07.2015
Sual: 
Salam aleykum. Mən bilirəm ki, naməhrəmlə danışmaq günahdır amma bunu bəzi dindar belə olan insanlara deyəndə deyirlər ki, 'axı tanımasaq olmur bəzi pis xasiyyətlərini hələ təzə öyrənirəm danışmasam necə bilərdim' falan kimi. Sonra özümü düşünürəm ki, tanımasam bəs mən necə biləcəm axı 2-3 dəfəylə insanı tanıya bilmərəm. Necə cavab verim ki, həm özümü razım salım həm də qarşımdakı insanları?
Cavab: 

Aleykum salam. Evlənməzdən qabaq uzun müddət bir-birini tanımaq ailənin möhkəm olması üçün şərt deyil. Neçə-neçə ailələr olmuşdur ki, tərəflər bir-birini uzun vaxt tanıdıqlarına baxmayaraq, evlənəndən qısa müddət sonra dağılmışdır.

Süni mayalanma yolu ilə uşağın cinsini seçmək icazəlidirmi?

    20.07.2015
Sual: 
salam menim 2 oglum var,ve qiz isteyirem,men süni mayalanma ile öz erimden hamile qalsam günhdirmi?yeniki süni mayalanma ile usaqin cinsiyetini özün secirsen.Bu günhdir?usaqlarimin ikiside tebii yoldan olub,süni mayalanma olmuyub
Cavab: 

Aleykum salam. Süni mayalanmaya yalnız təbii yolla hamiləlik mümkün olmayan hallarda icazə verilir. Daha ətraflı: Süni mayalanma haqqında

Dində məcburiyyət yoxdursa, uşaqları namaza niyə məcbur edirik?

    11.07.2015
Sual: 
dinde mecburuyyet yoxdur?eyer yoxdursa o nece olur ki uwaqlarin namaz qilmasi ucun mecbur edirik/
Cavab: 

Salam aleykum. Uşaqlar onlara xeyirli olan şeyləri başa düşmədikləri üçün bir çox şeyləri valideynlər onlara məcburi etdirirlər. Məsələn, xeyirli qidalar yemək, vaxtında yatmaq, oxumaq və s. işlərdə məcburiyyət olduğu kimi, namaza da məcburiyyət ola bilər. Təbii ki, məcburiyyət son addımdır.

Pages