ailə
Yoldaşım atamı təhqir etdiyinə görə onu bağışlamaqla atamı incitmiş oluram?
Və aleykum Salam. Şübhə yoxdur ki, söyüş söymək, insanı təhqir etmək günahdır. Lakin, Uca Allah bilmədən edilən xətaları, günahları bağışlamışdır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur.
Övlad olması üçün çiləni necə kəsim?
Ailəmdən xəbərsiz nişanı qaytarmaq günahdırmı?
Və aleykum Salam. Ailənizə doğrunu söyləyin və yalan danışmaqdan çəkinin. İslama görə qadını istəmədiyi bir şəxslə məcburi evləndirmək olmaz.
Qadın ərini razı salmadıqda namazı qəbul olunurmu?
Salam aleykum. Qadının günah olmayan məsələlərdə ərinə asilik etməsi və ərinin ondan narazı olması onun namazının qəbul olmamasına səbəb ola bilər.
Kəbin kağızının itməsi kəbini pozurmu?
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Əgər kəbin şəriətə uyğun kəsilibsə, nikahın qeydə alındığı kağızın itməsi və ya korlanması kəbini qüvvədən salmır. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Həyat yoldaşım əvvəllər sevdiyi qadınla əlaqə saxladığına görə ondan boşana bilərəmmi?
Zöhr və əsr namazları arasındakı vaxt nə qədərdir?
Sevdiyim oğlanla internet vasitəsilə yazışmaq günahdır?
Va aleykum Salam. İslamda sevgi, sevib-sevilmək ancaq ciddi şəkildə ailə qurmaq niyyəti ilə olmalıdır. Əks halda icazəli deyil və sonu zina kimi böyük günahla nəticələnə bilər. Odur ki, siz sevgili olsanız belə hələki bir-birinizə naməhrəm sayılırsınız. Naməhrəmlə ünsiyyətdə olmaq günahdır.