böyük günahlar

Həyat yoldaşımı namaza necə dəvət edim?

    24.03.2018
Sual: 
Salam cox xahis edrem mene komek edin yoldasim dinden uzaq insandi cahildi men hec cur onunla din ve namaz barede sohbet ede bilmirem basa sala bilmirem calisiram ki oda namaz qilsin ama inami ve imani çox zeifdi mene meslehet verin her namazda allaha dua edrem yoldasimcun oda birgun menimle beraber namaz qilar allaha ibadet eder evvelceden teşekkur edriem inşeallah menim bu narahatçiligima bir çare taparsiz cox sagolun
Cavab: 
Va aleykum Salam. Bir insanı doğru yola dəvət etmək bəzən uzun bir müddət tələb edə bilər. Ona görə də ruhdan düşməyin, elminizi artırın, hikmət və səbirlə vaxtaşırı dəvət edin.

Buxur yandırılanda şeytanlar qaçırmı?

    22.03.2018
Sual: 
SALAM Aleykum. 1. Eshitdiyime gore buxur yandirilan evden, cin sheytan qachir.ve dini shie dukaninda demishdiler eger bu meqsedle yandiracaqsinizsa gunahdir. Ne derecede dogrudur bu meqsedle evde buxur yandirmaq? 2.eger bir insan namazi terk edib 1 ilden sonra yeniden qayidibsa. 1 illik qezalari qilsa, namazi terk etmemiw kimi sayilar ya yox? 3.komediya aktyorlari, gunah qazanirmi? Axi tamawaya baxanda bilirikki bu heqiqet deyil.
Cavab: 
Va aleykum Salam.

Bilə-bilə günah edib tövbə edəni Allah bağışlayırmı?

    20.03.2018
Sual: 
salam bir insan bile-bile bir gunah edir(yani elediyi emelini gunah olduqunu bilir) ve sonradan tovbe edirse onda ALLAH onu baqislayarmi? ve birde bu gunahi edenden sonra nece tovbe etmelidir(nece pesman olmalidir ve.s)
Cavab: 
Və aleykum Salam. Bilə-bilə etmiş olsa belə, insan hər bir halda Allahdan bağışlanma diləyib tövbə etməlidir. Uca Allah buyurur: "Həqiqətən, Allah tövbələri qəbul edəndir". (ən-Nəsr, 3).

Dayəyə verilən pul haram yolla qazanılırsa, bu, dayə üçün də haram sayılırmı?

    12.03.2018
Sual: 
Salam. Bir sual vermek isterdim eger bir insan daye isteyib pul qazanir ve halalal pulunu qazanor ona bu pulu verem haramla pul qazanirsa onun gunahinin dayeye dexli yoxdu?
Cavab: 

Və aleykum Salam. Dayəyə zəhmət haqqı olaraq verənin qazancı haramla qazanılsa da, dayənin öz halal işinə görə ondan aldığı əmək haqqı halal sayılır. Haramla qazanan insan özünə günah qazanır.

Yaxşı əməli edib sevindiyimə görə onu ərimə danışa bilərəm?

    12.03.2018
Sual: 
Salam Aleykum.Sizə suallarım olacaq Allahın izniylə.Hicablı qadın qaşını ala bilərmi.əyər kimsə birini aldadıb ondan pul alərsa bu o adamın anası belə olsa onun aldadıldığını ona bildirmək lazımdır?Mən yaxşılıq etməyi kömək etməyi çox sevirəm və edirəmdə.Amma edəndən sonra sevinirəm və fikirləşirəmki mən yaxşı iş gördüm.bunu yoldaşımlada paylaşıram mən.mənim elədiklərim nə dərəcədə düz və yaxud səfdir.öncədən təşəkkür edirəm.Allah razı olsun.
Cavab: 
Va aleykum Salam.

Ölü üçün Quran oxuyan pul ala bilərmi?

    07.03.2018
Sual: 
Salaminalekum.Bilmek isdeyirdim kiminse rehmete gedeni ucun Quran oxudanda oxuyan adam oxudugu quran ucun hemin wexsten pul isdeyirse hetda qiymeti bu qederdi demeyi bu neqeder dogrudu?
Cavab: 
Va aleykum Salam. Ümumiyyətlə ölü üçün Quranı pulla və ya pulsuz oxumaq və oxutdurmaq həm oxuyan, həm də oxudan üçün günahdır, çünki bu bidətdir (dində yenilik).

Gəlinin ayağı altında qurban kəsmək düzgündürmü?

    04.03.2018
Sual: 
toyda gəlinin ayağı altında qurban kəsilməsi İslam baxımından necə qiymətləndirilir?
Cavab: 

Salam aleykum. Əgər qurban Allah üçün kəsilirsə, burada bir qəbahət yoxdur. Amma gəlini ucaltmaq və ya Allah üçün deyil, gəlin üçün qurban kəsilirsə, bu Allaha şərik qoşmaq sayıldığı üçün icazəli deyil, çünki Allaha şərik qoşmaq ən böyük günahdır.

Sinfimizdə uşaqlar söyüş söyürlər, bu günahdırmı?

    04.03.2018
Sual: 
Salam. Yaxşıki varsınız sizin sayenizde çox şey öyrenirem. Ve size sualım olacaq. 1.Kimse ile küsülü qalmaq günahdırmı? 2.Sinifmizde uşaqlar pis sözler işledirler. Ve mende namaz qəlıram. Bu sözleri eşitmek istemirem .pis söz işletmek günahdırmı.?
Cavab: 
Va aleykum Salam.
1. Bu cavabı oxuyun: Küsmək barəsində

Pages