böyük günahlar
Xarici ölkəyə getmək üçün hicabı açmaq olarmı?
Oğurluq malı satın almaq olarmı?
Və aleykum Salam. Əgər malın oğurluq olduğunu bilirsinizsə, o malı almaq haramdır. Malın oğurluq olduğunu bildiyiniz halda alırsınızsa, günahı sizin də, satanın da boynuna yazılır.
İnternetdə olan şəxsi məlumat əsasında qurulan testlərə inanmaq olarmı?
Və aleykum Salam. Gələcəklə bağlı olan fal haramdır. Digər xasiyyətlə bağlı informasiyalar isə nisbidir. Hər bir halda bu kimi şeylərə etimad etmək olmaz və çəkinməyiniz yaxşıdır. Həmçinin oxuyun: Fala baxmaq günahdırmı?
Boşanmış ər-arvadın ehtiyaca görə yenidən görüşmələri günahdırmı?
Siqaret çəkmək cana qəsd sayılırmı?
Qurana yalandan and içməyin günahını hər gecə ayətul-kursi oxumaqla yumaq olarmı?
Yalandan and içmək böyük günahlardandır, böyük günaha görə əvvəlcə tövbə edib bağışlanma diləmək, sonra xeyirli əməlləri çoxaltmaq lazımdır.
Qurana yalnız Allahın kəlmələri kimi and içmək olar. Kitaba əl basaraq and içmək isə dinimizdə yoxdur.
Uşaqlarımı böyütmək üçün sələmə pul verməyi məsləhət görürlər, nə edim?
İnternetdəki müsabiqələrdə qazanılan pul haramdırmı?
Və aleykum Salam. Əgər bu müsabiqədə iştirak üçün pul xərcləmirsinizsə, belə uduşu götürmək qadağan deyil. Lakin, öz pulunuzu xərcləyərək nə isə qazanır və ya itiririnizsə, bu qumardır.
Allah kimlərin qəlbini möhürləyir?
Va aleykum Salam. Uca Allah kafirlərin, münafiqlərin, zalımların, Allaha və Rəsuluna qarşı hədlərini aşanların və günahları həddindən artıq çox olanların qəlblərini möhürləyir.