"Canına qəsd edən bizdən deyil" mənasında olan ayələr varmı?
Va aleykum Salam. Qurani-Kərimdə sizin dediyiniz kimi olmasa da, ümumiyyətlə özünü öldürməyi qadağan edən ayə var. Uca Allah buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin.