dua

"Duanın qəbul olub-olmaması 40 gün ərzində bilinir" fikri doğrudurmu?

    24.10.2015
Sual: 
Salamlar sizə belə bir sualim var deyilənə görə etdiyin bir dua 40 gün ərzində özünü göstərir bu düzdür??
Cavab: 

Va aleykum Salam. Xeyr, bu fikir doğru deyil. Duanın qəbul olmaması üçün bəlli bir vaxt yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər".

Namaz qılmağa olan tənbəlliyə qarşı dua varmı?

    24.10.2015
Sual: 
salam men namazqilan bir insanam ama arada bir qilma gelmir icimden yalan yereozumucun behaneler qururam bir sozle ozumozumu aldadiram .. mence bunu seytan qoymurrryeni meni dinimden yayindirir men ne ede bilerem ne suresi var? ne duasi var? mene deyin xaiw edirem seytani uzaqlawdirim ozumden
Cavab: 

Va aleykum Salam. Bunun üçün xüsusi dua yoxdur, imanı artırmaq lazımdır. Bu cavabları oxuyun:
İmanı artırmaq üçün nə etməliyik?

"Ayətul-Kursi"ni oxuduqda gözlərin yaşarması nədəndir?

    21.10.2015
Sual: 
Salam. Men her axşam 7 defe Ayetul kursi oxuyuram. Amma oxuyarken menden asılı olmayaraq ağlıyıram ya da gözlerim yaşarır. Bu nedendir?? Teşekkürler
Cavab: 

Va aleykum Salam. "Ayətul-Kursini" (əl-Bəqərə, 255) hər axşam 7 dəfə oxumağa ehtiyac yoxdur. Yatmazdan qabaq bir dəfə oxumaq kifayətdir. Lakin, əgər insan Quran ayəsini oxuyarkən qeyri-ixtiyari əsnəmə, ağlama, əsmə, diksinmə, həyəcanlanma və s. olursa, bu cadu olunmanın əlamətlərinə oxşayır.

Quran ayələrini suya oxuyub ətrafa çiləmək icazəlidirmi?

    21.10.2015
Sual: 
as salam aleykum va rahmatullahi va barakatuh.bir coxlari suya felaq nas ixlas surelerini oxuyub sora o suyu etrafa ciliyirler.bu bidetdirmi yoxsa buna icaze varmi
Cavab: 

Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Xəstəlikdən şəfa tapmaq və ya evi cadudan təmizləmək məqsədilə Quran ayələrini, zikr və duaları suya oxumaq barədə Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) birbaşa dəlil yoxdur.

Aşağıdakı duanın mənası nədir?

    21.10.2015
Sual: 
Salam Aleykum ve Rehmetullah ve Bereketuhu. "Le Ilah Velle Alemin Deccur" duasinin menasi nedir bilmek isterdim. Bezi satylar bunu cin çağirma duasi kimi qey edirler. Allah sizden razi olsun. Elminize quvvet versin. Amin!
Cavab: 

Və aleykum Salam və rahmətullahi va bərakətu. Quran və Sünnədə belə bir dua yoxdur, həmçinin bu dua ərəb dili baxımından düzgün yazılımayıb. Düzgün yazılsa belə, dinimizə görə cinlərlə əlaqəyə girmək, onları çağırmaq olmaz. Bu sehrə, caduya qapı açır. Cadu və sehr etmək ən böyük günahlardandır.

Şahməran duası nədir və onu oxumaq olarmı?

    12.10.2015
Sual: 
salam..cox xais edirem cavablandirasiz..sahmeran duasi oxumaq xeyirlidimi..men oxuyuram gundelik..ama internetde arasdirma etdimki bu cinlere aiddi..ve sonradan o insana narahatlig verir..ama men tercumesini oxumusam..tamamile allahin terifidi..cavablandirin xais edirem
Cavab: 

Aleykum salam. Şəriətdə bu cür dua yoxdur. Siz o duanı tərk edib, peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öyrətdiyi kimi dua edin. Daha ətraflı:

Namazda dua edərkən hara baxmaq lazımdır?

    12.10.2015
Sual: 
Salam. Men namazda dua ederken. Mohure baxıram duzmu edırem???? Namzda dua. Ederken hara baxmalıyam yenı goyemı ya duz qıbleyemı???
Cavab: 

Aleykum salam. Namaz qılarkən yalnız səcdə olunan yerə baxmaq lazımdır. Möhürlə namaz qılmaq haqqında isə şəriətdə heç bir səhih məlumat yoxdur. Peyğəmbərimiz Məhəmməd (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) namazı möhürsüz qılmışdır.

Namaz qılarkən şeytan guya ona ibadət etməyim haqda vəsvəsə verir...

    04.10.2015
Sual: 
Salam Aleykum. Men son vaxtlar herweyden bezmiwem. Namaz qiliram Seytandan beynime pis fikirler gelir. Ele bil weytan menim dilimnen diyirki, "men seytana ibadet eliyirem". "Seytan menim rebbimdir". Ne qeder vesveselerden Allaha siginsamda vesveseler azalmir. Ozume hirslenirem. Bawima vururam yumruqla hirsimnen. Ozumu artiq cehennem ehli kimi hiss eliyirem. Allahin rehmetinden uzaq kimi hiss eliyirem. Allah meni hecvaxt bagiwlamayacaq deyirem ozume. Cox agliyiram. Mene ele gelirki men dogurdanda Allah la birge seytana ibadet eliyirem. Artiq bilmirem ne edim.
Cavab: 

Aleykum salam. Bu cür vəsvəsələr heç bir önəm vermədən, fikrini bununla məşğul etmədən namaza davam etmək lazımdır, çünki vəsvəsə ilə mübarizə aparmağın yolu ona fikir verməməkdir. Fikir verməyə başladıqda isə o daha da çoxalır.

Pages