dua

Evlənmək niyyəti ilə müşrik qadını sevmək olarmı?

    31.03.2016
Sual: 
Salam aleykum.Müsalman bir kişinin Müşrik olan bir qadini evlenmek niyyetiyle sevmesi düzgündürmü?amma bilirem ki,Allah müşrik qadinlarla evlenmeyi haram buyurub.Allaha ona hidayet versin deye dua etmek olarmi?Eger bu düzgün deyilse,bu derdden nece qurtulmaq olar?Evvelceden teşekkür edirem.
Cavab: 
Və aleykum Salam. Əvvəlcə müşrik deyərkən kimin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır. Əgər həmin qadın özünə müsəlman deyir, lakin bilməyərəkdən şirk əməllər edirsə, o zaman o, cahil və avam müsəlmanlardan sayılır. Onu evlənmək niyyəti ilə sevmək olar.

Ərimə sehr ediblər, mən nə edə bilərəm?

    27.03.2016
Sual: 
Salam men saratov seherin de oluram.aileliyem.2ovladim var. yoldasim la yola getmirik.Eva gelmir gelende de menimle dalasir.yasadigi rus qadin var.evine qonaq kimi gelir gedir.aile kimi aile deyilik.isteyirem ayrilam. beni beyenmir istemir meni. .tehqirlerine doze bilmirem. rus ne emel edirse geceleri eve gelmir gelendede bezdim ureyim sixilir seher qeder yatmir. meni soyur ele geceler. kime deyim derdimi bilmirem.cox cehd etdim ayrilmaqa, ama ayrilmirda menden deyir ayrilmiram men.ne edeceyimide bilmirem dozede bilirem. her gece gunduz allaha elimi aciram dua edib.
Cavab: 

Və aleykum Salam. Allah sizə kömək olsun. Burada yazılanlara əməl edin. Amma falçı yanına getmək vəziyyəti daha da pisləşdirir. Qətiyyən falçı yanına getmək olmaz. Allaha çoxlu dua edin. Bu cavabları oxuyun:

Namazda dörd şeydən sığınma duasının tərcüməsini yaza bilərsiniz?

    22.03.2016
Sual: 
Namzada dörd şeydən sığınaraq “Allahummə inni əuzu bikə min əzəbi cəhənnəm və min əzəbil-qabri və min fitnətil-məhyə vəlməməti və min fitnətil-məsihid-dəccəl” NƏ DEMƏKDİR TƏRCÜMƏSİ?
Cavab: 

Salam aleykum. Duanın tərcüməsi belədir: Allahım! Cəhənnəm əzabından, Qəbr əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!

Evdə şəkillərin və heyvan oyuncaqlarının olması duanın qəbul olmamasına səbə ola bilərmi?

    22.03.2016
Sual: 
salam evde dua ederken otaqda wekil ve heyvan oyuncaqlari varsa duanin savabin azaltmaq ve duaya manecilik yaradirmi
Cavab: 

Və aleykum Salam. Evdə şəkillərin və heyvan oyuncaqlarının olması duanın qəbul olmasına maneçilik törədən şərtlərdən deyildir.

Pages