namaz
Namazları gündə bir dəfə dörd rükət qılmaq olarmı?
Aleykum salam. Fərz namazları gündə beş dəfə qılınmalıdır. Bir dəfə qılmağa icazə verilmir. Uca Allah namazı gündə beş dəfə qılmağı vacib buyurur. Ailəli olmağınıza baxmayaraq hər gün, hər namaza 5-10 dəqiqə vaxt ayırmaq mümkündür.
Gözlərin üstünə qara karandaş çəkmək olarmı?
Aleykum salam. Dəstəmaz aldıqdan sonra gözlərin üstünə karandaş və ya makiyaj çəkib namaz qılmaq. Daha ətraflı:
Gözlərə karandaş çəkmək olar?
Namazı düzgün qılmayanlara necə nəsihət etmək olar?
Aleykum salam. Namazı düzgün qılmamaq dedikdə nəyi nəzərdə tutursunuz?
Laklı halda namaz qılmaq namazı batil edirmi?
Aleykum salam. Ümumiyyətlə şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq namazı batil etmir. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları mütləq silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz.
Namazı vaxtı girən kimi qıla bilməmək günahdır?
Aleykum salam. Dediyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162).
Dəstəmaz aldıqda əzalar neçə dəfə yuyulmalıdır?
Aleykum salam. Bu məsələnin heç bir məzhəblə əlaqəsi yoxdur. Sadəcə ayayə əsasən 1 dəfə yumaq vacib, 1-dən çox (2-3 dəfə) yumaq isə sünnədir, yəni bəyəniləndir. Daha ətraflı:
Namazın vaxtları barədə
Aleykum salam. Bəzi namaz təqvimlərində qeyd olunan vaxtlar ehtiyat məqsədi ilə uzadılır. Buna görə də təqvimlərin vaxtlarında fərqlilik meydana gəlir. Odur ki, əlinizdə olan hər hansı bir təqvimdən istifadə etməyinizdə heç bir problem yoxdur.
Namazın vaxtını gecikdirərək qılmaq günahdır?
Aleykum salam. Söylədiyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır".
Yataq otağında namaz qılmaq olarmı?
Yataq otağında namaz qılmaq olar. Çünki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) zövcəsinin yataq otağında namaz qılardı.