oruc

Ramazan ayında oruclu ikən cinsi əlaqədə olmaq orucu pozurmu?

    30.11.2020
Sual: 
Salam men yoldawimla oruc tutmuwam ama subh namazimi qildiqdan sora yoldawimin mecburiyetinden cinsi elaqede olduq ama oda pewmandir mende bu halda orucumuz pozulur ya yox zehmet olmasa cavablandirasiniz bilmek isdeyirem ?
Cavab: 
Və aleykum Salam. Ramazan ayında Oruc tutanlara Sübh namazının vaxtı girdikdən sonra olarkən cinsi əlaqədə olmaq haramdır.

Qədr gecəsində hansı vaxtı oyaq qalmaq yaxşıdır?

    30.11.2020
Sual: 
salam aleykum qedr gecesi saat neceden neceye qeder gozleyerek ibadetleri kecirmek.lazimdir yeni en xeyirli saat vaxti hansidir zehmet olmasa Allah ucun cavablansirarsiz inweAllah exi
Cavab: 
Və aleykum Salam. Qədr gecəsi Məğrib namazından sonra Sübh çağı dan yeri sökülənə qədər davam edir. Uca Allah buyurur: "O gecə sübh açılanadək əmin-amanlıq olur". (əl-Qədr, 5). Bu gecənin həm hamısını, həm də bir hissəsini ibadətdə keçirmək olar.

Hər kəs öz ölkəsi ilə oruc tutmalıdırmı?

    30.11.2020
Sual: 
Salam aleykum. Allah razı olsun sizden suallara cavab verdiyiniz üçün. Sualım beledir menim bildiyim her kes öz ölkesi ile oruc tutmalıdır. Amma bir çox insanlar başqa ölkelerle Erebistan Türkiye ile oruc tutur bu ne qeder düzgündür? Her bir insan öz ölkesi ile oruc tutmamalıdır mı? İndiden Allah razı olsun.
Cavab: 
Və aleykum Salam. Peyğəmbərimiz hər müsəlmana öz ölkə əhalisi ilə orucu başlayıb, ölkə əhalisi ilə də bayram etməyi buyurmuşdur.

Heyz bitdikdən iki gün sonra gələn az miqdarda qan orucu pozurmu?

    18.11.2020
Sual: 
Salam Aleykum. Orucla bağlı bütün sual-cavabları oxudum amma tam olaraq cavab ala bilmədim. Qadın heyz halı tamamilə bitdikdən 3 gün sonra ondan qırmızı rəngdə qan kimi axıntı gələrsə oruc pozulurmu? Heyz halı bitib hətta ondan sonra 2 dəfə oruc da tutub, heçnə qan gəlməyib. Orucun 3-cü günündə görür ki, ondan azacıq qan kimi maye gəlib amma davamlı gəlməyib azacıq olub və kəsib. Bu halda orucunu pozmalı idimi? Çox xahiş edirəm cavablandırardınız. Allah razı olsun
Cavab: 
Aleykum salam. Heyz bitdikdən və təmizləndikdən sonra gələn qırmızımtıl axıntı heyzdən sayılmır və belə axıntılara fikir vermək lazım deyil. Orucu tutub namazları qılmağı davam edin. Həmçinin oxuyun:

Aylıq gəlirdən zəkat çıxarmaq lazımdırmı?

    18.11.2020
Sual: 
1.salam mən bu gün rayona getməliyəm bəziləri deyir ki, iftarı aç sonra get subhə qədər yetiş, bəziləri də deyir ki gunorta azanı veriləndən sonra get iftara kimi yetiş 2.bəlğəmimi udmuşam bu orucu pozurmu bilərəkdən ya bilməyərəkdən fərqi yoxdu? 3. 600 manat maaş alıram. 150 azn kirayə verirəm.
Cavab: 

Aleykum salam.
1) Oruc tutmuş insan günün istənilən vaxtında səfər edə bilər. Həmçinin çətinlik olarsa səfərdə orucunu aça da bilər. Lakin əgər çətinlik yoxdursa orucunu davam etdirməsi daha yaxşıdır. Həmçinin oxuyun:

Oruclu ikən şəhvani düşüncələrə dalmaq orucu pozurmu?

    17.11.2020
Sual: 
Salam.onceden suala gore uzur isteyirem.Qeza orucu tutmusham, ve ixtiyarsiz beynime pis( shehvet hissi oyadacaq) fikir geldi, beynimden cixartmaq istedikce dahada artir, hec bir maye gelmedi, amma tereddut hissi yaranir ureyimde ve orucumun pozuldugunu dushunurem ve hirslenirem.hetta hiss ediremki,uzurlu sayin, maye gele biler (deyesen mezi ya kazi deyirler, yani shehvet hissinden gelen).Bu hal orucu pozurmu?artiq pozulub ya yox?zehmet olmasa cavablandirardiz
Cavab: 
Aleykum salam. Oruclu insanda şəhvət yarandıqda öz-özünə boşalma baş vermirsə, oruc pozulmur, lakin oruclu olarkən belə fikirlərdən uzaq olmaq üçün çalışın Allahı zikr etməyi çoxaldın və ehtiras gətirən şeylər barədə düşünməyəsiniz. Ən xeyirli oruc oruclu ikən Allahı çox zikr etməkdir.

Oruc ola-ola şəhvətlə özünü boşaldaraq yenidən oruca davam etmək haqqında

    22.10.2020
Sual: 
Salam-aleykum.Oruc ola-ola masturbasiya edib sonra qüsul alib yenidən oruca davam etmək olarmi?İndidən cox sağ olun
Cavab: 

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, masturbasiya haramdır və bunu edən günah qazanır. Həmçinin bu əməl orucu pozur. Oruclu ikən masturbasiya edən tövbə etməli və bu günün orucunu bir gün qəza etməlidir. Həmçinin oxuyun:

Oruc tutmaq üçün qüsl alıb çıxdıqdan sonra su içmək olarmı?

    22.10.2020
Sual: 
Salam əleykum.Oruc tutmaq üçün qüsl alıb çıxdıqdan sonra su içmək olarmı?
Cavab: 

Aleykum salam. Oruc tutmaq üçün xüsusi olaraq qüsl almaq şərt deyil. Əgər sübh çağı dan yeri sökülməmişsə (Sübh namazının vaxtı girməyibsə), yeyib-içmək olar. Uca Allah buyurur: "Ağ sap qara sapdan seçilənə qə­dər (dan yeri sökülənə qədər) yeyin için". (əl-Bəqərə, 187).

Pages