oruc

Ramazanda oruc tutmadığım günlərə görə günah qazanırammı?

    12.05.2020
Sual: 
Salam Aleykum mənim sizə bir sualım olacağ Ramazan ayi girende oruc tutmadim ve bu gunden basladim bu zaman mene tutmadiqim gunler gunah yazilirmi?
Cavab: 

Və aleykum salam. Uca Allah Ramazan orucunu vacib buyurmuşdur. Allahın vacib buyurduğu əməlləri etməyə görə böyük savab, onları tərk etməyə görə isə böyük günah yazılır. Yalnız üzürlü səbəb olduqda orucu tutmamaq olar.

Ötən illərin orucunu tutmaq lazımdırmı?

    17.03.2020
Sual: 
Salam.Bu saytdan oxudumki oten illerin namazini qilmaq lazim deyil.Bes oruc? Ancaq 2 ildir ki ramazanda oruc tutmuşam ve tovbe eledim ki uzrsuz sebebim olmadan ramazan orucunu buraxmayacam. Orucunun vacibliyini derk elemirdim.Ve tutmadiqlarimi tutmaq istiyirem. Hetda 2 hefte qeza orucu tutmusam.Bilmirem duzmu edirem.Zehmet olmasa deyerdiz uşaq vaxti tutmadiğim oruclari tutmaq olar?Ve eger tutmaq lazimdirsa qeza niyeti ile lazimdi?
Cavab: 
Va aleykumus-sələm. Günahlardan tövbə edən insan əvvəl qılmadığı namazları qəza etmədiyi ki, buraxdığı orucları da qəza etmir. Bu səbəbdən əvvəlki orucları tutmağa ehtiyac yoxdur. Çünki tövbə özündən əvvəlki günahları silir.

Uşağı abort etdirdikdən sonra qadından gələn qan orucu pozurmu?

    19.12.2019
Sual: 
Salam oruclu ola ola 4 heftelik usagi abort etdirdim usaq dogulandan sonra rehmete gedir durmur qan uyuşmazligindam mecbur oldum sonra çox peşman oldum.tövbe edtdim allah gunahimi bagışlasın diye abortdan bir hefte sonra qan görundu bu vaxt orucum pozulurmu
Cavab: 
Və aleykum Salam. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahdır. Bu səbəbdən Allaha tövbə edin, bu günaha bir daha qayıtmayın və yaxşı işlərə can atın ki, Uca Allah günahlarınızı bağışlasın. Çünki yaxşı işlər günahları silib aparır.

Ramazanda oruc tuta bilmədiyim günlərə görə kəffarə verə bilərəmmi?

    12.12.2019
Sual: 
Əs sələmu aleykum va rahmatullahi va barakatuhu. Ramazanda tuta bilmədiyim orucun kəffarəsini vermək istəyirəm. Bunun üçün kəffarəni ramazanda iftar vermeklə ödəməliyəm yoxsa hər hansi bir vaxt ac doyuzdurmaqla ödəyə bilərəm?
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Ramazan ayında oruc tutulmayan hər günə görə bir kasıbı yedirtmək yalnız qocalara, yaşlılara və sağalmaq ehtimalı olmayan xəstələrə aiddir.

Oruc pozulmasın deyə dəstəmaz alarkən ağıza su çəkməmək günahdırmı?

    12.12.2019
Sual: 
Salam orucum pozla bilar deyə aqzmi yaxalamiram dəstamaz alanda bunda bir gunah varmi cox saqolun Allah razi olsun
Cavab: 
Və aleykum Salam. Dəstəmaz alarkən ağıza və buruna su çəkib qaytarmaq vacibdir. Çünki ağız və burun üzdən hesab edilir. Ona görə də dəstəmaz alarkən bunu tərk etməklə səhv etmisiniz. Lakin bunun hökmünü bilmədiyinizə görə indiyədək aldığınız dəstəmazlar doğru sayılır və sizə günah yazılmır.

Cənabətli halda təyəmmüm edib oruc tutmaq olarmı?

    05.12.2019
Sual: 
salam cenavətli olduğun halda teyennüm edib oruc tutmaq olar?su başa ziyan olduqda.
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, oruca başlamaq üçün qüsullu olmaq şərt deyil. Aişə rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gələrək dedi: "Ey Allahın Elçisi, mən Sübh namazına cunublu halda yetişirəm.

Pages