oruc

Dəstəmaz və qüsl alarkən salavat oxumaq olarmı?

    09.08.2019
Sual: 
Salam Eleykum.Destəmaz ve qüsul alarken salavat deyilermi? Boyunumda Ramazan ayinin qeza orucu varken Erefe gününde qeza orucu tutmaliyam yoxsa erefe orucu? namaz qilarken qibleden 10~15santi uzaq olsam düzgün olmaz namazim? Men her gün bütün günahlarimagöre tövbe edirem her an ölüm yaxin olar deye düzgündürmü xirda günahlar olsada tövbe pozulur? Namaz qilarken ağilimda danisirmis kimi oluram özümden asili deyil coxlu dua edidem ama şeytan yenede dinc buraxmir buna göre defelerle eyini namazi qiliram iki üç defe. düzgün deyil? tesekkürler.
Cavab: 

Va aleykum salam. 

Namaz qılmayanın orucu qəbuldurmu?

    05.08.2019
Sual: 
Salam.Mənim 18 yaşım var və 9cu sinifdən 1ci kursa qədər namaz qıldım.Universitetə girəndə öz istəyimlə hicaba keçdim.Lakin 1 müddət sonra açdım.Sonradan namazı da qılmadım.Namaz qılmaq mənə yük kimi gəldi.Halbuki dinə çox bağlı idim nə ara belə oçdum bilmirəm.İndi otuc tutmaq istədim ama namaz qılmıram deyə qəbul olmayacaq deyə düşünürəm.Çox pisəm,qorxuram Allahdan. Nə edim bilmirəm kömək edin xahiş edirəm((
Cavab: 
Və aleykum Salam. Yenidən namaz qılmağa başlayın, imanınızı artırmağa çalışın və Allah barəsində şeytanın atdığı vəsvəsələrə uymayın. Uca Allah bəndəsinin tövbə edib yenidən ibadətə qayıtmasına sevinir. Daha ətraflı:

Orucluq vaxtı oxunan xüsusi dualar varmı?

    05.08.2019
Sual: 
Salam.Zehmet deyilse Orucluq vaxti oxunan dualari qeyid ederdiz birde vaxtlari.
Cavab: 

Və aleykum Salam. Oruc tutarkən iftar zamanı oxunan dualar vardır. Peyğəmbərimiz iftar edərkən belə dua edərdi: "Allahummə ləkə sumtu və bikə əməntu və aləykə təvəkkəltu və alə rizqikə əftartu. - Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım və Sənə güvəndim.

Ramazan daxil olandan 3-4 gün sonra oruc tutmağa qərar verən nə etməlidir?

    30.06.2019
Sual: 
Salam Aleykum, Ramazan ayı daxil olandan sonra 3-4 gün sonra oruc tutmağa qərar verdim (əvvəl qorxurdum tut bilməyəcəm deyə) təqribən 10-11dən tuturuq, 2+1 gün tutmadıq arada, 4nə qədər tutsaq təqribi 20-25 gün deyək tuturuq, tutmadığımız günlər qəzası tutulmalıdır, yaxud orucu kəsdiyimiz günlər, təqribi bilirəm ki ümumən tutulmayan gün hesablanır, dəqiq izah etsəz sevinərdim.. ALLAH razı olsun, Bayramınız mübarək olsun, haqqınızı halal edin...
Cavab: 

Aleykum salam. Tutmadığınız günlərin sayı qədər qəza orucu tutmalısız. Üstəlik Ramazan ayında üzürsüz səbəbdən orucu açdığınıza görə tövbə etməlisiz. Çünki Ramazan orucu vacibdir və üzürsüz səbəbdən orucunu açan günah qazanır. Ətraflı aşağıdakı suallara qayıdın:

Qadından gələn qəhvəyi axıntı orucu pozurmu?

    26.06.2019
Sual: 
Salam.sualima gore uzr isteyirem orucluyken qadina qehveyi leke deyse oruc tuta namaz qila Qurana toxuna bilermi.ama bu leke vidilineya kimidi.
Cavab: 
Və aleykum Salam. Adət (heyz) günlərindən başqa günlərdə qadından gələn axıntılar namaz qılmağa, oruc tutmağa və Quran oxumağa maneə deyil. Yalnız adət günlərinə təsadüf edən qəhvəyi rəngli axıntı adətdən sayılır. Adət günləri bitdikdən sonra isə bu axıntılara fikir verilmir.

Ehtiras zamanı övrətdən gələn rəngsiz maye (məzi) orucu batil edirmi?

    26.06.2019
Sual: 
SALAM bir sualim var evvelceden tewekkur edirem ... ehtiraslanib wirelenerse bu orucu batil edirmi qusulu pozurmu?
Cavab: 

Va alaeykum salam. Ehtiraslanan zaman övrət yerinin nəmlənməsi orucu pozmur. Ehtiraslanan zaman övrətdən çıxan rəngsiz mayeyə "məzi" deyilir. Məzi spermadan əvvəl gəlir və az miqdarda şirəli rəngsiz mayedir.

2019-cu il Ramazan bayramı nə vaxta təsadüf edir?

    04.06.2019
Sual: 
Əssələmu Aleykum. 03.06.2019 cu il hicri təqvimlə isə 29 Ramazan 1440. Ayın görünməsi barədə bir məlumat varmı? Əgər ay görsənərsə, bu sayta məlumat paylaşa bilərsinizmi?
Cavab: 

Və aleykum Salam. Bu il (2019) ölkəmizdə Ramazan bayramı İyun ayının 5-nə təsadüf edir. Başqa ölkələrdə ayın görünməsi bayram keçirmək üçün əsas deyil, çünki ay hər ölkədə müxtəlif vaxtlarda görünə bilər. Hər kəs bayramı yaşadığı yerin əhalisi ilə birlikdə keçirməlidir.

Pages