oruc

Oruclu olarkən insandan məzi və ya vədi gəlməsi orucu pozurmu?

    10.09.2020
Sual: 
salam oruc olduğun halda (söbh azani şam namazna kimi ) bədəndən məzi və ya vədi gəldiyi halda oruc pozulur? təşəkkür edirəm əvvəlcədən
Cavab: 
Və aleykum Salam. Məzi - ehtiras halında məni (sperma) gəlməmişdən əvvəl övrət yerindən çıxan az miqdarda yapışqan mayedir. Məzinin gəlməsi orucu pozmur. Vədi isə sperma ifraz olunduqdan sonra gələn sudur.

Oruclu ikən ağıla gələn fikirlər oruca təsir edirmi?

    31.08.2020
Sual: 
Allahin salami uzerinize olsun.Men Ramazan ayinda 1hefde oruc tutdum.Aglima vesvese kimi şeyler gelirdi.Ariqlmaq zad bele seyler.bu şeytandan ola bilermi? Men indi yeniden oruc tuta bileremi? Xahis edirem cavablandirardiz
Cavab: 

Aleykum salam. Əgər oruc tutmaqda əsas niyyətiniz Allahın əmrinə tabe olub Onun rizasını qazanmaq olubsa, demək ki, orucunuz doğrudur. Bundan sonra gələn fikirlər şeytanın vəsvəsələridir və bu vəsvəsələrə fikir verməyin. Həmçinin oxuyun:

Bilmədən boğaza gedən qan orucu pozurmu?

    31.08.2020
Sual: 
Salam.Oruclu bir xanım eri terefindenndn döyülür ve ağız burnu qan la dolur,ağzında yaralar yaranır.O xanımın orucu pozulurmu ve ağız boşluğunda yaralar olduğu halda oruc tuta bilermi?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimiz qadınlarla gözəl davranmağı buyurmuşdur. Bir kişinin öz zövcəsinə zülm etməsi, onu döyməsi böyük günahdır və belə edən kişi Uca Allahın bu ayəsinə qarşı çıxmışdır: "Onlarla (qadınlarla) xoş rəftar edin". (ən-Nisa, 19).

Sahur yeməyinə yatıb qalan orucunu davam etdirə bilərmi?

    29.08.2020
Sual: 
Salam. Artıq neçe gündür ki oruc tuturam şükürler olsun. Amma tekce bu gün yatıb qalmışam sahura dura bilmemisem. Bildiyim qederi ile niyyet edib günortaya kimi tuta bilerem. Size sualım o olacaq ki günortaya kimi tutub sonra axşam yeniden eyni qayda ile tuta bilerem? Yoxsa artıq tuta bilmerem?
Cavab: 

Və aleykum Salam. Oruc tutanın sahur etməsi müstəhəbdir. Sahur yeməyini yemədən də orucu davam etdirmək olar. Ramazan ayında hər oruc günü üçün ayrıca niyyət etmək lazım deyil.

Oruclu ikən qeyri-ixtiyari məni ifraz olması orucu pozurmu?

    29.08.2020
Sual: 
Salam.Gece yatmamışdan qabaq niyyet edib oruc tutdum. tezden yuxudan oyananda menden ixtiyarsız meni(sperma) geldi mende gedib qüsl edib orucumu davam etdirdim.Orucum batil olmadı?? Qezasın tutmaliyam??
Cavab: 

Və aleykum Salam. Oruclu olarkən qeyri-ixtiyari (yuxuda və s) məni ifraz olması orucu pozmur. Ümumiyyətlə oruclu ikən qeyri-ixtiyari orucu pozan halların baş verməsi orucu pozmur. Daha ətraflı:

İstihazə halında oruc tutmaq lazımdırmı?

    15.05.2020
Sual: 
Salam,istihazə halında olan xanım oruc tuta bilər? Bunun üçün hər gün qüsul almalıdır?
Cavab: 

Aleykum salam. İstihazə, qeyri heyz və ya nifas vaxtlarında, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. İstihazə heyz sayılmadığı üçün bu halda qadın namazlarını qılıb, oruclarını tutmalıdır. İstihazə halında hər dəfə qüsl almağa ehtiyac yoxdur.

Pages