Öpüşmək orucu batil edirmi?
Va aleykum Salam. Öpüşmək orucu batil etmədiyi üçün orucunuz səhihdir və yenidən tutmağa ehtiyac yoxdur. Ətraflı oxuyun:
Va aleykum Salam. Öpüşmək orucu batil etmədiyi üçün orucunuz səhihdir və yenidən tutmağa ehtiyac yoxdur. Ətraflı oxuyun:
Va aleykum Salam. Oruc tutmağa qadir olan şəxs yalnız buraxdığı oruc günlərin sayı qədər qəza orucu tutur, kasıb yedirtmir. Kasıb yedizdirmək ümumiyyətlə oruc tutmağa qadir olmayan şəxslərə (xroniki xəstələrə və qocalara) aiddir.
Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu.
Va aleykum Salam. Heyz olan qadın oruc tutmur və namaz qılmır. Heyzdən təmizləndikdən və qüsl etdikdən sonra növbəti Ramazan ayına qədər buraxdığı orucların qəzasını tutmalıdır. Namazları isə qəza etmir. Ətraflı oxuyun:
Va aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız Ramazan ayında davamlı oruc tutmuşdur. Ramazandan sonra ən çox oruc tutduğu ay isə Şaban ayı olmuşdur. Ətraflı bu cavabları oxuyun:
Va aleykum Salam. Altmış gün kəffarə orucu tutan qadın heyz olarsa, bu onun ardıcıllığını pozmur. Qadın heyz olub təmizləndikdən sonra qaldığı yerdən orucunu davam etməlidir. Həmçinin oxuyun:
Va aleykum Salam. Üzrlü səbəbdən (xəstəlik, qocalıq, hamiləlik, süd vermə kimi) Ramazan orucunu tutmayan kəs tutmadığı günlərin sayı qədər başqa günlərdə qəza orucu tutmalıdır. Əgər üzrsüz səbəbdən tutmamışsa, qəza orucları ilə bərabər buna görə tövbə də etməlidir.
Va aleykum Salam. Fərz ibadətlər (namaz, oruc, zəkat, həcc) insana həddi-büluğa çatdıqdan sonra vacib olur. Bu barədə ətraflı oxuyun:
Əssələmu aleykum. Dinimiz süd verən və hamilə qadına, özünə və ya övladına görə çətinlik olduğu təqdirdə orucu açmağa izn vermişdir. Lakin çətinlik aradan qalxdıqdan (süd dövrü bitdikdən və ya hamiləlik sona yetdikdən) sonra digər aylarda tutmadığı günlər qədər qəza orucu tutmalıdır.
Əssələmu aleykum. Oruc tutan qadın günü istənilən vaxtında heyz olarsa orucunu açmalıdır. Hətta iftara beş dəqiqə qalmış heyz olsa orucu pozulmuş olur. Qadın heyz olduğunu bilən andan orucu açmalıdır. Ətraflı oxuyun: