oruc

Üç dəfə fərqli vaxtlarda pozulan andların kəffarəsi necə olmalıdır?

    02.02.2018
Sual: 
Salam aleykum. Muselman qardasimla mubahisede onunla danismayacagima and icib,sonra bu andi pozmusam. 3 defe ayri vaxtlarda bu olub. Daha sonra bunun boyuk gunah oldugunu, keffaresini vermeliyem oyrendim. 10 kasib yedirmeye gucum catmir. Orucu nece tutmaliyam? 3 gun tutub,sonra fasile, yene 3 gun,yene fasile 3 gun ede bilerem?yoxsa ele 9 gun fasilesiz tutmaliyam? Xahis edirem etrafli izah edesiniz
Cavab: 

Va aleykum Salam. Əgər 10 kasıbı yedirtməyə imkanınız yoxdursa, onda hər anda görə üç gün ardıcıl oruc  tutmaq lazımdır. Bu zaman doqquz gün ardıcıl tutmaq vacib deyil, hər üç günlük orucdan sonra bir neçə gün fasilə verə bilərsiniz.

Aşura günü oruc tutmaq məkruhdurmu?

    13.12.2017
Sual: 
Salam. Asura gunun orucu haqda oxudum..men bildiyime gore bir cox yerde oxuduquma gore Asura gunu oruc tutmaq mekruhdur. Yeni zohr namazina kimi oruc olmaq olar,o da niyyet tutulmadan.Bunu nece aydinlasdirardiz?Bir de ,men bu sayti dunen ilk defe gelmiwem..bilmek isteyirem,movzulari yazan, suallari cavablayan kimdi? Allah raziolsun.
Cavab: 
Və aleykum Salam. 

Heyz olandan sonra tutmadığımız orucları tutmalıyıqmı?

    21.11.2017
Sual: 
Salam.1ci sualım budur ki,bir yerdə oxumuşdum heyz olub bitdikdən sonra orucluydunsa onun qəzasi tutulur amma buraxılan namazların qəzası qılınmır.Düzdümü bu? 2ci sualım budur ki,həyat yoldaşımı çox sevirəmsə cənnətdə onunla olmağı dilərəmsə,hər gün dua edərəmsə olarmı?.Allah o biri dünyada huriler bexş edəcək deyir ya mən sadecə öz həyat yoldaşımı dilərəmsə Allah duamı qəbul edərmi?.İndidən sağolun
Cavab: 
Va aleykum Salam.

Qəza oruclarını nə vaxt tutmaq lazımdır?

    06.10.2017
Sual: 
Salam men qeza oruclarimi tutmaq isteyirem saat necede tutum necede acim ve hansi günlerde tutum? xaiw edirem sualimi cavablandirin
Cavab: 

Və aleykum Salam. Qəza oruclarını istənilən gündə, ardıcıl və ya ara verərək tuta bilərsiniz. Oruc Sübh namazının girdiyi vaxtdan Məğrib namazının girdiyi vaxt arasında tutulur. Sahur və iftar vaxtlarına saytımızın ana səhifəsində də baxa bilərsiniz.

Oruclu ikən analiz vermək məqsədilə istimna etmək olarmı?

    11.08.2017
Sual: 
Salam aleykum qardawlar necesiz?Bele bir sual vermey isteyirem.1)Demelei qardas analiz vermelidir uzr isteyirem spermadan orucu batil olurmu yoxsa davam edir.analiz veren gun oruc tutsun yoxs hemin gunu qeza elesin..Eger tutubsa analiz vaxti pozulurmu?Birde qardas oruclu iken yuxuda meni gelse oruc batil olur yoxsa qusul alib davam etmey lazimdir?men Namaz qilan vaxti oqlum gelir duz uz be uz dayanir menle oda mene qarsi namaz qilirmis kimi edir 2 yasi var bu zaman namaza tesiri varmi bele halin ve yaxud gunahdirmi?Onecede tsk edirem Xais edirem etrafli izah edesiz..Allah muselmanlari izzetle
Cavab: 

Va aleykum Salam.

Ramazan orucunu pozmağa niyyət edən, lakin sonradan pozmayanın orucu sayılırmı?

    11.08.2017
Sual: 
Əs Sələmu aleykum və rəhmətullahi və bərəkatuh 1:oruclu insan orucun pozmaq istəsə lakin,pozmasa ona günah və yaxud tutduğu orucun savabından əskilər? 2:Tualetdə tüpürmək olar? 3:Hansı əşyalar olan yerdə namaz qılmaq olmaz? 4:Namazda yaxudda namazdan sonra oxuduqumuz zikrlərin(ərəbcə olduğundan)mənasını başa düşməmək savabı azaldır? 5:Tövhid haqqında danışanda yaxudda namaza dəvət edəndə mənə, vəhabi deyirlər nə edim?
Cavab: 

Və aleykum Salam va rahmətullahi va bərakətu.
1. Ramazan orucu tutan insan heç bir tərəddüd etmədən orucunu pozmağa niyyət etsə, lakin sonra pozmasa, orucu batil olmuş sayılır. Əvəzində bir gün qəza orucu tutmalıdır.

Atanın övladına "oruc tutmasan, səni övladlıqdan siləcəm" deməsi doğrudurmu?

    10.08.2017
Sual: 
salam menim tanidigim biri var onun atasi onu oruc tutmaga mecbur edir daha dogrusu oruc tutmasan seni ovladliqdan redd edecem deyir o orucu istemeyerek tutmaq oruc sayilirmi ve o ataya gunahdirmi
Cavab: 

Va aleykum Salam. İbadət yalnız Allah üçün edilməlidir. Digər niyyətlərlə edilən ibadətlər batildir. Valideynin bu şəkildə övladını ibadətə məcbur etməsi, övladının niyyətinin Allah üçün deyil, atasından qorxmasına görə ibadət etməsinə gətirib çıxara bilər.

Qeyri-ixtiyari boşalma baş verdikdə oruc pozulurmu?

    28.07.2017
Sual: 
salam bagisdayun bilmek isedeyirem biixtiyar halda boyunua cenabet qusulu qelirse ve imkansizlig halda uzr isdeyirem cimib cenabet qusulu alabilmirse o zaman ifdara kimi cenabetli qalmag tutdugu orucu batil edir ya yox?
Cavab: 
Və aleykum Salam. Yuxuda qeyri-ixtiyari boşalma baş verdikdə oruc pozulmur, yalnız oruc vaxtı bu hal qəsdən baş verdikdə oruc pozulur. Oruc pozulmasa da, namazları qılmaq üçün qüsl almaq vacibdir. Su tapmadıqda və ya xəstəlikdən qorxduqda təyəmmüm almaq olar. Daha ətraflı:

Pages