oruc
Heyz olandan sonra tutmadığımız orucları tutmalıyıqmı?
Mübahilə günü oruc tutmaq olarmı?
Salam aleykum. Mübahilə - qədim xalqlarda, xüsusilə, ərəblərdə mövcud olmuş bir lənətləşmə ayinidir. İki qarşı tərəf müzakirə vasitəsilə həqiqəti ortaya çıxara bilmirsə və tərəflərdən heç biri məğlub olmursa, o halda son variant kimi mübahiləyə əl atırlar.
Qəza oruclarını nə vaxt tutmaq lazımdır?
Və aleykum Salam. Qəza oruclarını istənilən gündə, ardıcıl və ya ara verərək tuta bilərsiniz. Oruc Sübh namazının girdiyi vaxtdan Məğrib namazının girdiyi vaxt arasında tutulur. Sahur və iftar vaxtlarına saytımızın ana səhifəsində də baxa bilərsiniz.
Oruclu ikən analiz vermək məqsədilə istimna etmək olarmı?
Va aleykum Salam.
Ramazan orucunu pozmağa niyyət edən, lakin sonradan pozmayanın orucu sayılırmı?
Və aleykum Salam va rahmətullahi va bərakətu.
1. Ramazan orucu tutan insan heç bir tərəddüd etmədən orucunu pozmağa niyyət etsə, lakin sonra pozmasa, orucu batil olmuş sayılır. Əvəzində bir gün qəza orucu tutmalıdır.
Atanın övladına "oruc tutmasan, səni övladlıqdan siləcəm" deməsi doğrudurmu?
Va aleykum Salam. İbadət yalnız Allah üçün edilməlidir. Digər niyyətlərlə edilən ibadətlər batildir. Valideynin bu şəkildə övladını ibadətə məcbur etməsi, övladının niyyətinin Allah üçün deyil, atasından qorxmasına görə ibadət etməsinə gətirib çıxara bilər.
Qeyri-ixtiyari boşalma baş verdikdə oruc pozulurmu?
Bilmədən iftarı tez açmaq orucu batil edirmi?
Atam oruc tuta bilmədiyinə görə onun kəffarəsini mən verə bilərəmmi?
Və aleykum Salam. Əgər atanızın xəstəliyi xronikidirsə və oruc tuta bilmək mümkün olmayacaqsa, hər bir günə bir kasıbı yedizdirməlidir. Bunu siz də yerinə yetirə bilərsiniz.