oruc

Orucu açarkən dua etmədən "Bismilləh" deyib su içmək olarmı?

    17.03.2025
Sual: 
Salam, ramazan vaxtı iftar açan zaman dua etmədən bismillah deyib su içmək olar? Bu zaman Oruç qəbul olur? Dua edən zaman əlləri qaldırmadan dua ətmək olar? Və ya əlləri üzə vurmadan amin demək ? Dua qəbul olur bu zaman?
Cavab: 

Və aleykum Salam. Orucu açarkən dua etmək müstəhəbdir, vacib deyil. Dua etmədən orucu açmaq oruca təsir etmir. Dua edərkən əlləri qaldırmaq və sonda "Amin" (Allahım qəbul et!) demək bəyənilən əməldir. Dua etdikdən sonra əlləri üzə çəkmək düzgün deyil. Ətraflı oxuyun:

Ramazan ayında Quranı ərəb dilində xətm etmək vacibdirmi?

    15.03.2025
Sual: 
Əs salamı əleykum və rəhmətullahi və bərəkatuhu.Furqan surəsi 72-75 ayələri Azərbaycan hərfləri ilə ərəbcə yaza bilərsiz Ramazanda Azərbaycan dilində Tərcümə Quran kitabı oxuyan savab qazanır .Bide Ramazanda Qurani ərəbcə kitabın hamısınj mütləq oxuyumaliyiq.
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Ramazan ayında Quranı ərəb dilində xətm etmək (tam oxuyub bitirmək) vacib deyil, bəyənilən əməldir. Həmçinin oxuyun:

Valideynlərim müstəhəb orucları tutmağa icazə vermirsə, onlara itaət etməliyəm?

    26.02.2025
Sual: 
Salam. Mən Sünnə Oruclarını tutmaq istəyirəm, amma valideynlərim icazə vermir. Mən onlardan icazəsiz Oruc tutsam günah qazanıram?
Cavab: 

Və aleykum Salam. Oruc elə bir ibadətdir ki, bu ibadəti ətrafdakı insanlara bildirmədən də yerinə yetirmək mümkündür. Əgər tutduğun sünnə (müstəhəb) orucları valideyn haqlarını yerinə yetirməyə mane olmursa, bu halda valideynlərə bildirmədən və onların xətrinə dəymədən müstəhəb orucları tutun.

Qadından gələn tünd axıntı heyz sayılırmı?

    15.02.2025
Sual: 
Salam evela uzur isdeyirem sualima gore men orucluyam axintinin rengi tund gelerse oruc pozularmi? Yoxsa o aybasi sayilmir
Cavab: 

Va aleykum Salam. Əgər tünd rəngli axıntı heyz vaxtına təsadüf edərsə və bununla yanaşı heyzin əlamətləri biruzə verərsə, bu axıntı heyzdən sayılır. Əgər heyz vaxtından kənar vaxtlara təsadüf edərsə, bu axıntı heyzdən sayılmır. Ətraflı oxuyun:

Pages