quran
Quranı elektron versiyasından və dəstəmazsız halda oxumaq olarmı?
Aleykum salam. Qurani Kərimi saytda elektron versiyada oxumaq olar. Həmçinin bu şəkildə oxumaq elə kitabın özündən oxumağa bərabərdir. Dəstəmaz almadan Quran oxumaq olar, amma dəstəmazlı halda oxumaq daha yaxşıdır.
Namazda oxumaq üçün surələr yaza bilərsinizmi?
Və aleykum salam. Bu cavabı oxuyun: Qısa surələrin transkripsiyası (oxunuşu)
Quran nədir?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu məqaləni oxuyun:
Quran hidayət nurudur!
Təkcə Quranla kifayətlənib, hədislərə ehtiyac duymamaq olarmı?
Aleykum salam. Bu məqaləni oxuyun: Hədislərə tabe olmağın vacibliyi
Qiyamət günü nicat tapacaq firqə hansıdır?
Aleykum salam. Peyğəmbərimiz (salləlıahu aleyhi və səlləm) demişdir: "Ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Birindən başqa, hamısı cəhənnəmə daxil olacaqdır". Orada olanlar: "Ey Allahın elçisi onlar kimlərdir?" – deyə soruşdular.
Ramazan ayı və Qədr gecəsi haqqında ətraflı məlumat verə bilərsinizmi?
Aleykum salam. Məlumdur ki, Qədr gecəsi Ramazan ayındadır.
Allahın əli məcazi mənada deyilib?
Quranda məcazi məna yoxdur. Çünki məcazi məna yalan deməkdir. Allah təalanın kəlamı isə heç vaxt yalan ola bilməz. Məcazi məna bütün dillərdə, eləcə də ana dilimizdə də vardır. Məsələn, birimiz pulunun olmadığını bildirmək üçün məcazi mənada "cibimdə siçanlar oynayır" deyir.
Ölüyə Quran oxumaq və dırnaqlarda lak olarsa namaz qılmaq olar?
Aleykuma salam. Quranı ölülər üçün oxumaq olmaz, çünki Quran dirilər üçün nazil edilmişdir. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç vaxt Quranı ölülər üçün oxumamışdır.
Qüsl almadan Qurana qulaq asmaq olarmı?
Aleykuma salam. Quranı qüsl almadan dinləmək olar.