tövbə

"Bir dəfə də günah edim, tövbə edərəm" fikri ilə günah edənin tövbəsi qəbuldurmu?

    04.02.2021
Sual: 
Salam aleykum günahlar etmək meselen 4defe etdimsə vəsəvəsə gəlirki 5defe ele tek rəqəm olsun ve sair bu nedir veya meselen qoy bidefede günah eliyim tövbə edərək o tövbə qəbuldur? Meselen 4defe veya minlərlə günah etmisən Deyisən 1defe de eliyim da vsyo o tövbə qəbuldur?
Cavab: 

Va aleykum Salam. Uca Allah Təkdir və təki sevir. Lakin bu, ibadətlərə və mübah əməllərə aiddir. Günahı tək və ya cüt sayda etmək fikri vəsvəsədir. İnsan əcəlinin nə zaman gələcəyini bilməz, odur ki, günah üzərində ölməkdən qorxub tez bir zamanda tövbə etməli və Allaha qayıtmalıdır.

Dəfələrlə tövbə edib günaha qayıtmışam, tövbə etsəm Allah məni bağışlayarmı?

    04.02.2021
Sual: 
Salam. Men günah olduğunu bile bile günahımdan el çeke bilmirem. Defelerle tövbe etmişem, Allaha söz vermişem ama yene tövbemi pozmuşam yene o günahı etmişem. Özüme 1 2 defe güc gele bildim sonra bacarmadım tövbemi pozdum. Tövbe etsem Allah meni bağışlayarmı ? Nece etmeliyem bilmirem?

Tövbəmi pozsam sonra yenə tövbə etsəm Allah məni bağışlayarmı?

    04.02.2021
Sual: 
salam mən siqaretə tovbə etdim və dəfələrlə onu pozdum. indi yenə tovbə etmisəm amma pozmamısam dayanada bilmirəm siqaretsiz əgər mən siqaret cekib tovbəmi pozsam yeniden tovbə etməsəm Allah günahımı bagıslayar. və yaxud ne edimki bagislasın. yeniden tovbə etməliyəm
Cavab: 

Hansısa işi etməməyə aid tövbə edib sonra onu edən öhdəlik daşıyırmı?

    28.01.2021
Sual: 
Əvvəlcə sağol deyirəm ki sizə bizi narahat edən suallara cavab verirsiz. Sualım isə belədir,bir insan tövbə filan şeyi eləməyəcəyəm deyəndə həqiqətən tövbə etmiş olurmu? Yoxsa tövbənin başqa şərtləridə var? Əsəbi olan zaman ağızdan çıxan tövbə sözü sayılır? İnsan buna görə öhdəlik daşıyır mı? Sizin tövbə etdiyiniz şeyi bir başqası etsə məsələn filan işi mən görməyəcək, onun yerinə bacıma qardaşıma o işi mənim yerimə görməsini istəmək tövbəni pozar? Sağolun cavaba görə. Allah hərkəsə kömək olsun.
Cavab: 
Və aleykum Salam. Tövbə - günahı tərk edib Allaha dönməklə, etdiyin günaha görə peşmançılıq hissi keçirməklə və bir daha bu günaha qayıtmamağa qərar verməklə olur.

Namaz qıla bilməyən əvəzində sədəqə verə bilərmi?

    28.01.2021
Sual: 
Salam. Səhflərim olub, məsələn bura birdə getməyəcəm, bunu birdə belə etməyəcəyəm deyib ağzımdan tövbə sözü çıxıb. Bir neçə dəfə məcbur qalıb pozmuşam, kəfarət məsələsində çox narahatam. Oruc tutmaya səhhətim əl vermir, kasıb doyurmaq və ya geydirmə məsələsi də çətindir. Nə edim hər gün dua edirəm Allaha məni bağışlasın. Səhhətim əl verəndə namazda qılmağa çalışıram, Ya qaffar zikrini etməyə çalışıram hərgün, başqa nə edim? Sədəqə verməyin belə bir halda xeyri var mı?
Cavab: 
Va aleykum Salam.

Tövbəsini yüzlərlə dəfə pozmuş şəxs yenidən tövbə etdikdə bağışlanırmı?

    20.12.2020
Sual: 
Salam aleykum defelrle esi tovbe ederem dusuncesi ile gunah edeni Allah bagislayarmi? Yani gunahlarda israr edeni Bir mesele varki insan gunah edir tovbe edir yenede gunah edir ve ozunu saxlaya bilmeyib pozur ve yenede nefsine uyaraq tovbesini pozur yani bu nesfe uymaq tovbesini pozanda bu esi tovbe ederem dusuncesi ile sayilir yoxsa?
Cavab: 
Va aleykum Salam. Günah edən şəxs dəfələrlə də olsa hər günahdan sonra peşmançılıq keçirərək, bir daha günah etməyəcəyinə qərar verərək tövbə edib Allahdan bağışlanma dilədikdə Allah onu bağışlayır.

"Tövbə edəcəm" deyib günah edənlərin tövbəsi qəbul olurmu?

    16.12.2020
Sual: 
Salam əleykum məsələn 1nəfər həyatında 2 dəfə zina edib o qoy 1dəfədə edim tövbə eliyərəm deyərək öz nəfsini saxlaya bilmədisə o tövbə qəbuldur? Və minlərlə əşi tövbə eliyəcəm əstəğfürullah deyəcəm deyə tövbə pozanların tövbələri qəbuldur? Quranda deyəsən ayə varki onlar nadanlıq üzündə pis iş gördükləri zaman yani nəsə belələrin tövbələri Yalnız belələrinin tövbəsini qəbul edər yani minlərlə tövbə pozanların halı necə olacaq?qəbrde axirətdə çoxlu bundan sonra əstəğfürullah gün ərzində desə və tövbəsini pozmasa artıq yaxşı olarmı? Qəbr əzabı olacaq?
Cavab: 

Aleykum salam. Tövbənin qapısı günəş məğribdən (günbatandan) çıxana qədər açıqdır. Kim səmimi qəlbdən Allaha tövbə edərsə, Allah onun tövbəsini qəbul edər.

Pages