tövbə

Dəstəmaz və qüsl alarkən salavat oxumaq olarmı?

    09.08.2019
Sual: 
Salam Eleykum.Destəmaz ve qüsul alarken salavat deyilermi? Boyunumda Ramazan ayinin qeza orucu varken Erefe gününde qeza orucu tutmaliyam yoxsa erefe orucu? namaz qilarken qibleden 10~15santi uzaq olsam düzgün olmaz namazim? Men her gün bütün günahlarimagöre tövbe edirem her an ölüm yaxin olar deye düzgündürmü xirda günahlar olsada tövbe pozulur? Namaz qilarken ağilimda danisirmis kimi oluram özümden asili deyil coxlu dua edidem ama şeytan yenede dinc buraxmir buna göre defelerle eyini namazi qiliram iki üç defe. düzgün deyil? tesekkürler.
Cavab: 

Va aleykum salam. 

Günah etdikdən sonra vicdan əzabı çəkən nə etməlidir?

    17.07.2019
Sual: 
Salam aleykum.size bir sualim var xais edirem cavablandirasiniz.bir qadin gunah edib evli oldugu halda namehrem olan biri ile telefon ile danşıb şekil gönderin.İndi o cox pesmandi vicdan ezabi cekir.bu vicdandan qurtulmasi ucun ne ede biler?
Cavab: 
Və aleykum Salam. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər günahdan peşman olarsa, bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Tövbə etdikdən sonra günahdan və ona aparan amillərdən çəkinməyə çalışmaq lazımdır.

Ərim özünü boşaldır və mənə yaxınlaşmır...

    30.06.2019
Sual: 
Salam menim erim ozu ozun bosaldir men ola ola oz oznu bosaldir bu islamda ne derecede duzdu ozu de namaz qilandi.
Cavab: 
Və aleykum Salam. Qadının kişi üzərində olan haqlarından biri də kişinin onunla ailə həyatını yaşaması və yaxınlıq etməsidir. Bunu etməyən kişi qadının haqqına girərək qul haqqı kimi böyük günahla yüklənir.

Siqaret çəkən şəxs namaz qıla bilərmi?

    02.04.2019
Sual: 
Siqaret ceken kisilier namaz qila bilermi? Yeni bu olarmi veya duzgundumu? Men dusunuremki olmaz. Namaz qilan kisiler pis verdislerden siqaret icki... Bunlardan uzaq olmalidir
Cavab: 

Salam aleykum. Etdiyi günahdan asılı olmayaraq hər kəs namaz qılmalıdır. Həmin adam ixlasla (səmimi şəkildə) namaz qılmalıdır ki, namaz onu pis əməllərdən qorusun. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl.

Tövbəni pozduqdan sonra yenidən tövbə etdikdə, Allah tövbəni qəbul edirmi?

    02.04.2019
Sual: 
Salam Allah pozulub sonradan edilen tovbeni qebul edirmi?
Cavab: 

Və aleykum Salam. Tövbəni pozduqda yenidən tövbə etmək və şəriətdə buyurulan qaydada günahlardan çəkinməyə çalışmaq lazımdır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin.

Allaha şərik qoşduqdan sonra tövbə etmişəm, Allah məni bağışlayarmı?

    01.04.2019
Sual: 
Salam men vagtiken uca yardanima serik qosmusam ama indi cox pesmanam Allah meni gunahmi bagislayacaqmi cox xais sualima cavab yazardiz Allah sizden razi olsun
Cavab: 

Və aleykum Salam. Günahın böyüklüyündən asılı olmayaraq Uca Allah tövbə edən hər kəsi bağışlayır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır.

Sevgilim mənə görə andını pozub, onun başına müsibət gəlməməsi üçün nə edim?

    13.03.2019
Sual: 
Sevgilim.mene gore andini pozub andini pozdugu ucun ona nese olmasn deye men ne ede bilerem
Cavab: 
Salam aleykum. Sevgi yalnız ailə qurmaq niyyəti ilə olmalıdır. Ailə qurmaq məqsədilə olmayan sevgi insanı həlakedici günah olan zinaya və Cəhənnəm əzabına apara bilər.

Əxlaqsız şəkillərə baxmaq və pis sözlər danışmağın cəzası nədir?

    25.02.2019
Sual: 
Salam ALEYKUM internetdə pozğun şəkillərə baxmaq və ya pis sözlər danışmaq günahmıdır və cəzası nədir?Tövbə namazı qılınarsa günah təmizlənər?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz şeylərə baxmaq günahdır və zina kimi daha böyük olan günahlara qapı açır. Tövbə edilməyi təqdirdə də belə günahların cəzası Cəhənnəm atəşidir.

Bəzi səbəblərə görə qılmadığım namazları mütləq qılmalıyam?

    29.11.2018
Sual: 
Salam.1) namaz qiliram ama dunen bezi sebeblere gore qilmadigim namazin qezasini bugun ve ya sabah ferqo yoxdu mutleq qilmaliyam? 2) Nafile namazi deyerek her namazin eynisi qiliram yeni zohru qilib sonra zohr namazinin nafilesin deyib qiliram dogru edirem?nece ruketli olmalidi nafile namazi? Ve ya ferz namazdan ferqi varmi?
Cavab: 

Və aleykum Salam.

Pages