tövbə
Allah insana ikinci dəfə fürsət verirmi?
Əssələmu aleykum. Allahın Təalanın günah işləyən bəndələrinin günahların böyüklüyündən asılı olmayaraq tövbə etdikləri təqdirdə tövbələrini qəbul etməsi, onların günahlarını silməsi, hətta günahları savablarla əvəz etməsi Uca Allahın insana çoxlu sayda fürsət verməsinə dəlalət edir.
Tövbə etmək üçün necə qüsl almalıyam?
Aleykum salam. İslam dinində tövbə etmək üçün qüsl almaq buyurulmamışdır. Çünki tövbə günahlardan əl çəkib peşman olmaq və bir daha həmin günahlara dönməməyə əzmkar olmaqdır. Daha ətraflı:
Qəsb etdiyi malı sahibinə qaytara bilməyənin tövbəsi qəbul olunurmu?
Əssələmu aleykum. Başqasının malını haqsız yerə qəsb etmək böyük günahdır və bu günahdan tövbə etmək lazımdır. Başqasının haqqı ilə əlaqəli olan günahdan tövbə etmək üçün haqqına girdiyin şəxsdən halallıq almaq vacibdir.
Zina edən insan cəza olaraq özü-özünü öldürə bilərmi?
Aleykum salam. Etdiyi günahın böyüklüyündən asılı olmayaraq Uca Allah tövbə edənin günahını bağışlayır.
Allah tövbə edəni günahına görə cəzalandırırmı?
İnsan günah etdiyini başa düşərsə, nə etməlidir?
Va aleykum Salam. İnsan günah etdiyini başa düşdükdə, dərhal tövbə edib Allahdan bağışlanma diləməlidir. Uca Allah bu xüsusda buyurur: "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər.
Bilmədən küfr mahnıları oxuyan satanist sayılırmı?
Va aleykum Salam.
Məhərrəm ayında tövbə etmək olarmı?
Va aleykum salam. Tövbə zamandan və məkandan asılı olmayaraq hər zaman edilir. Məhərrəm ayı qəməri aylardan biri sayılır və bu ay digər qəməri aylardan dörd haram aylardan biri olması ilə fərqlənir. Haram aylar bunlardır: Rəcəb, Zul-Qadə, Zul-Hiccə və Məhərrəm.
Namaza on üç yaşımda başlamışam, əvvəlki illərin namazlarını qılmalıyam?
Və aleykum Salam. Günahlardan tövbə edib namaza başladıqda keçmiş illərin qəzasını qılmağa ehtiyac yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Həmçinin bu sualların cavablarını oxuyun: