tövbə

Bilmədən spirtli içki içən dəstəmaz almalıdır, yoxsa qüsl alması lazımdır?

    14.11.2017
Sual: 
salam bawaqa wire evezine bilmeden spirtli icgi icdiyini anlayandan sonra namaz qilmasi ucun desdemaz kifayetdir yoxsa onuncun bawqa bir qusul var?
Cavab: 
Va aleykum Salam. Spirtli içki qəbul edən adam böyük və lənətə səbəb olan günah qazansa da, onun dəstəmazı və qüslu pozulmur. Daha ətraflı:

Dəfələrlə tövbə edib günaha qayıtdığıma görə Allah məni bağışlayarmı?

    11.11.2017
Sual: 
Salam necesiz men 3-4defe etdiyim emele gore tovbe etdim her defesinde yene etdim tovbem pozuldu qorxuram Allahdan uzr isdmeye bele qorxuram ki bagislamaz komey edin mene xais edrem
Cavab: 
Va aleykum Salam. Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır.

Namazı tərk etdiyimə görə Allah məni bağışlayarmı?

    11.11.2017
Sual: 
Salam elykum men boyuk gunah elemisem pula oyunlar oynamisam namaz qilrdim 1;il7ay son vaxtlarsa qilmiram ALLAHterfnen Bu gunahim bagslnar
Cavab: 
Va aleykum Salam. Tövbə edin və dərhal namaza başlayın. İstənilən günah səmimi tövbə ilə bağışlanır. Daha ətraflı:

Namazı və hicabı tərk edib yenidən qayıdanı Allah bağışlayarmı?

    28.10.2017
Sual: 
Esalam eleykum bir sualim var men kunahlarma tobe edib hicaba girmiwdim nazada bawlamiwdim muyen sebeblere gore bawmi acdim ve namazmida saxladim gunah iwletmiwem ozde cox indi pewmanam tobe etsem bagiwlanarami
Cavab: 
Və aleykum Salam. Sadaladığınız böyük günahlardan tövbə edərək çəkinin, imanınızı artırmağa çalışın və Allahın rəhmətindən ümidinizi üzməyin. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin.

Naməhrəmlə telefonla danışmağımın üzə çıxmaması üçün nə edim?

    26.10.2017
Sual: 
Salam aleykum.menim bir sehvim olub tanimadiqim birine nomre vermiwem ama cox yaxwi insan idi sadece sevmiwem sevgiden iwden aileden bawqa hecne daniwmamiwiq meni o oglanla daniwmaqim gunah sayirilir?Anam dedi telefonla cox oynayirsan birden kimlese daniwmiw olarsan ha sonra bizi biabir etme mende duwundum sonra dedim qohumlar qonuwlar biler ne ederem onda biabir olum Allaha yalvariramki bu sehvimi baqiwlasin ve heckese bildirmesin sizce Allah baqiwlayarmi bu gunahin ustuni ortermi?bir gun bu daniwdiqimin cixmaqini duwunende olurem.xahiw tez cavablandirardiniz sagolun
Cavab: 
Və aleykum Salam. Yaxşı və ya pis insan olmasından asılı olmayaraq naməhrəmlə canlı, telefonda və ya internetdə söhbət etmək günahdır və həlakedici günah olan zinaya aparır.

Əvvəllər başqa oğlanla görüşmüş qızın tövbə edərək nişanlanması günahdırmı?

    05.10.2017
Sual: 
salam menim 2 il once sevgilim olub ve bizim aramizda mueyyen munasibetler olub. ondan ayrildiqdan sora 2-3 oglanlada gorusmusem/ ama duz 2 il kecib ve tovbe etmisdim. indi basqa oglanla nisanlanmisam bu gunahdirmi?
Cavab: 
Və aleykum Salam. Naməhrəmlə görüşüb zina etmək həlakedici günahlardandır, bunu edib tövbə etməyənlərin qəbir həyatında və Cəhənnəmdə əzab çəkəcəkləri ilə bağlı bir çox ayə və hədislər var.

Pages