tövbə

Günah olmayan şeyə görə tövbə etmək və tövbəni pozmaq haqqında

    11.04.2015
Sual: 
Selamun Aleykum.men bir is gormusem.ama o is gunah is deyil.sadece o isi bir daha etmemek ucun tovbe etdim ve dedim:Allahim,eger men tovbemi pozsam meni baqislama ve mene cehennemi goster.ama sonra tovbemi defelerle pozdum.komek edin mene.ne ede bilerem?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, tövbə günah əməllər üçün edilir, mübah (icazəli) əməllər üçün isə tövbə etmək olmaz. Özünə bəddua etmək isə qadağandır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin.

Günahları başqalarına demək olarmı?

    31.03.2015
Sual: 
Salam eleykum.men duyduguma gore gunahi dile getirmek gunahdi..men bele dedikde menden bunun subutunu istediler.zehmet olmasa buna dair aye ve ya hedis yazib izah ederdiz bu meseleni.Allah razi olsun.
Cavab: 

Aleykum salam. Müsəlman həm başqalarının, həm də özünün günahlarını gizlətməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün".

Davamlı olaraq günah etmək insanı dindən çıxarda bilərmi?

    10.03.2015
Sual: 
Salam,bir sexs melumdur ki dini,Allahi inkar etse imani yox olacaq.Bes bir insan dini,Allahi inkar etmese amma davamli cox gunah islese yene imannan cixacaq? Yeni bele desek,iman daha cox inkar etmekle yox olur yoxsa gunah islemekle?
Cavab: 

Aleykum salam. Davamlı olaraq günah etmək insanı dindən çıxarmır, amma dindən çıxmağa apara bilər. Bu iman zəifliyinin əlamətidir. İbn Məsud (radıyallahu anhu) demişdir ki, "Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar.

Qeybət etməkdən necə tövbə edim?

    23.02.2015
Sual: 
Axwaminiz xeyir.mende 16 yawlarimda anami incitmiwem oglan dostlarim olub oglan kimi hereket elemiwem.ve sonra aile qurmuwam.aile qurduqdan sonra aileme sadiq iki ovladima gullug eden anayam cox wukur.hecvaxt heckimin arasini vurmamiwam azda olsa yaxwiliq etmeye caliwmiwam ve bu son zamanlar qiybet etmeye bawlamiwam artiq bir iki ay olar.ve bu hal meni cox natrahat edir.herdefe namaz qilanda qizarir sifetim etdiyim herekete gore pewmanam.cehennemnen qebr ezabinnan cox qorxuram.ve kecmiwime tovbe etmek isteyirem.ama her terefde bir wey yazolib kimi deyir 4 ruket kimi 2 ruket nece edim ve yazili
Cavab: 

Salam aleykum. Tövbə etmək üçün ürəkdən peşman olmaq, Allahdan bağışlanma diləmək və bir daha həmin əmələ qayıtmamağa qərar vermək lazımdır. İstəsəniz 2 rükət nafilə namaz da qıla bilərsiniz.

Bilmədən və ya bilərəkdən edilən günahlar bağışlanırmı?

    05.02.2015
Sual: 
Salam.Eger bir şexs bilmeden günah işleyibse veya bilerekden olubsa onun günahları bağışlanırmı?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).

6-cı sinifdə oxuyan uşaq içki və siqareti necə tərgidə bilər?

    02.02.2015
Sual: 
Men hele 6 sinifde oxuyuram. Amma men hem araq, hem piyve hem de siqaret cekirem. Bunu mene emim oyredib. Men bunlari nece terkide bilerem? Ve indiye kimi elediklerim gunahdir?
Cavab: 

Aleykum salam. Etdiyiniz şeylər böyük günahlardandır, buna görə tövbə etməlisiniz: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir.

Günahlar tövbəsiz bağışlana bilərmi?

    21.01.2015
Sual: 
Salam.Tövbesiz bağışlanan günah var? Varsa hansı günahlardır?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə unutmayın ki, hər bir böyük günahdan sonra tövbə etmək zəruridir. Uca Allah buyurur: "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər.

Tövbə etdikdən sonra onu pozmuşam, Allah məni bağışlayarmı?

    16.01.2015
Sual: 
Salamun aleykum.men bir gunah iş gormusdum ve tovbe etdim.amma tovbemi defelerle pozdum ve çox pesmanam.allah meni bagislayarmi?
Cavab: 

Aleykum salam. Rəbbimiz bəndələrinə qarşı çox mehriban və bağışlayandır. Tövbəni pozduqdan sonra yenə tövbə etmək lazımdır. Daha ətraflı:
Tövbə etsəm, Allah məni bağışlayarmı?

Pages