Namaz qılarkən bəzi hərfləri düzgün tələffüz etməmək namazı batil edirmi?
Sual:
Salam aleykum.sizə suallarım var
1.namaz qilanda sureleri oxuyanda,sonra tesehhude dualari oxuyarken bezi herfler var ince peltek qalin bunlari duz cixarda bilmiremse.herifleri normal bizde ki kimi deiremse namaz qebul olmur? yoxsa savabi az olur?
2.suala gore uzr istiyrem ayaq yolunda kagiznan cinsi orqanin basini temzledikde el cinsi orqana deyerse bu mekruhdu?
3. qurani kerim erebce hansi cap duzgun ve rahatdi deye bilersiz?
4.deirlər guya əhli sünnə kitablarında yazılıbkı məğrib və işa namazında qunut tut. 5.quran qiraetleri haqqinda oxumusam seyfede basa dusmedm haqqinda etrafli yazarsiz xais edirem.onlarin hansilar namazda oxunmur?
6.qurani erebce oxuyub basa dusmuyune savab var?
Cavab:
Və aleykum Salam.
1. Qeyd etdiyiniz hal namazın qəbul olunmasına xələl gətirmir və buna görə namazın savabı da azalmır. Çünki, bu, bilərəkdən baş verməmişdir. Lakin, buna baxmayaraq Quranın qiraətini və namazın sözlərini düzgün şəkildə oxumağı öyrənməyə çalışın. Həmçinin oxuyun:
2. Cinsi orqana toxunmaq məkruh sayılmır. Talq ibn Əlidən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir kişi Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdu: "Cinsi orqanıma toxundum" və yaxud, "Əgər biri namazda qeyri-ixtiyari cinsi orqanına toxunarsa, dəstəmaz almalıdırmı?" Peyğəmbər buyurdu: "Xeyr, çünki o səndən bir parçadır". (Hədisi İmam Əhməd, Əbu Davud, ət-Tirmizi, ən-Nəsai və İbn Macəh rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir). Həmçinin oxuyun:
3. Qurani-Kərimin orijinal dildə olan bütün çapları doğrudur. Hansı çapın rahat olmağına gəlincə, bu, insanların zövqünə və oxunuşuna görə fərqlənir.
4. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) və onun səhabələri fərz namazlarında yalnız yardıma ehtiyac duyulduğu zaman, adi vaxtlarda isə yalnız vitr namazında qunut tutardılar. Ona görə də fərz namazlarında daima qunut tutmaq düzgün sayılmır. Həmçinin oxuyun:
5. Qiraət sözü oxu, oxunuş deməkdir. Quran qiraətləri dedikdə Peyğəmbərin zamanında yaşayan ərəb qəbilələrinin danışdığı ləhcələr nəzərdə tutulur. Quran on qiraət üzrə oxunur. Bu on qiraət Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri vasitəsilə rəvayət olunmuşdur. Qiraət alimləri isə bu qiraətlərin hər biri üçün müəyyən qaydalar tətbiq edərək onların elmi nəzəriyyəsini hazırlamışlar. Bu on qiraətin hər biri namazda oxuna bilər. Daha ətraflı:
6. Qurani-Kərimi həm nazil olduğu ərəb dilində, həm də öz ana dilimizdə oxumaq, öyrənmək, onun ayələri barəsində düşünmək ibadətdir və bunun savabı böyükdür. Uca Allah buyurur: "Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik" (Sad, 29). Daha ətraflı:
Quran oxumağın savabı haqqında
Quranı ərəbcə mükəmməl bilməyən adam oxuya bilər?
Quranı ərəbcə oxumaq daha çox savabdır, yoxsa başqa dillərdə?
Quranı Azərbaycanca oxumaq ərəbcə oxumaq qədər savabdırmı?