şəxslər

Qırx il İşa namazının dəstəmazı ilə Fəcr namazını qılan kimdir?

    03.09.2019
Sual: 
Bu şexs İmam Elini(e) İbni Abbas Ve diger sehabeleri gormusdur.ve 40 il işa namazimin desdemaziyla subh namazini qilan şexs kimdir?
Cavab: 

Əssələmu aleykum. Bəziləri qırx il İşa namazının dəstəmazı ilə Sübh namazını qılmağı İmam Əbu Hənifəyə (Allah ona rəhmət eləsin) nisbət edirlər. Bu o deməkdir ki, o, ömrünün qırx ilini gecələr yatmayıb ibadətlə keçirmişdir. Lakin bu haqda səhih bir məlumat yoxdur.

Ömər ibn əl-Xattab hansı ayəni oxuyarkən şəhid edilmişdir?

    03.09.2019
Sual: 
1.Qurban ətinnən möhlüd və zikir etmək olar? 2.Qədri-xum nə deməkdir? 3.Məhərrəm ayında toy,nişan etmək olar? 4.Məhərrəmdə yas saxlamaq dində necə baxılır bu xurafatdırmı? 5.Salavatı namazdan sonra etmək icazəlidir yoxsa bidətdi? 6.Hz.Ömər hansı quran ayəsini oxuyarkən şəhid olub ayəni və surəni ətraflı yaza bilərsiniz? Allah elminizə qüvvət Versin
Cavab: 

Salam aleykum.
1) Dinimizdə "mövlud" və "zikr" deyilən mərasimlər yoxdur. Bunlar sonradan dinə əlavə edilən bidətlərdir. Bu mərasimləri keçirtmək və orada iştirak etmək qadağandır. Həmçinin oxuyun:

Hədisin səhih olmasını necə bilmək olar?

    31.08.2019
Sual: 
Salam Hardan bilirsiz ki hedisler dogrudur harda yazilir?
Cavab: 

Va aleykum salam. Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunan hədislərin səhih və ya zəif olmasını bilmək üçün hədisin mətni və sənədində çox çətin araşdırma aparmaq lazımdır. Bunu isə yalnız hədis elmini yaxşı bilən alimlər apara bilər.

İmam Əlinin doğum tarixi nə zamandır?

    30.07.2019
Sual: 
Salam Aleykum, hz Ali r.a hansı ayda ve ayın neçesi doğulmuşdur? bu sualı vermeyime sebeb bezi insanların novruz bayramını qeyd etmek üçün bunu behane etdiklerini gördüm, yeni olar deyirdiler biz imam Alinin mövludunu qeyd edirik.
Cavab: 

Və aleykum Salam. Əvvəla onu deyək ki, Novruz İslami bayramlardan deyil. İslami bayramların da şəxslərin doğum tarixlərilə heç bir əlaqəsi yoxdur. Həmçinin, şəxslərin doğum tarixlərini də qeyd etmək dinimizdə buyurulmayıb.

Abu Hanzalaya qulaq asmaq olarmı?

    30.07.2019
Sual: 
Abu Hanzalaya qulaq asmaq olarmı? Ona bezileri tekfirçi deyir bu ne derecede doğrudur
Cavab: 

Salam aleykum. Sosial şəbəkələrdə Əbu Hanzala kimi tanınan şəxs təkfirçi və xavaricdir. Bu şəxs böyük islam alimlərinə dil uzadır və bəzilərini təkfir edir (kafir görür). Həmçinin, müsəlman ölkələrinin rəhbərlərini təkfir edir və bu fikirlərlə razılaşmayan hər kəsi müsəlman saymır.

Pages