ailə

Valideynlər evliliyə razıdırlarsa, onlardan xəbərsiz tez kəbin kəsdirmək olarmı?

    11.03.2015
Sual: 
Salamun Aleykum eger valideynler aile qurmagimiza raziysa amma kebinin tez olmnasinin terefdari deyilse nisanlilar kebin kesdire bilerlermi?
Cavab: 

Aleykum salam. Kəbində qızın vəlisinin (atası, qardaşı, əmisi və s.) və şahidlərin iştirakı vacibdir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur".

Ailəmlə və sevgilimlə yaxşı yola getmək üçün nə edim?

    28.02.2015
Sual: 
Salam menim 18 yasim var mene de bir deqiqe vaxtinizi ayira bilersiz? ailemle aramda soyuqluq var. Bacimi qorumaq istedim anam ise mene bacimin heyatina paxilliq etdiyimi soyledi.men bacimi qisqanirmisam. Bir sevdiyim var onunuda aciladim. Dalasdiq ayrildiq. Ailemide sevgilimide itirmek istemirem. Sevdiyim mene geri donsun hecvaxt dalasib ayrilmayaq ve ailemde meni basa dussun aramzda soyuqluq olmasin. Mene komek edecek bir dua varmi?

Bir yerdə yaşadığım oğlan mənimlə kəbin kəsmir...

    26.02.2015
Sual: 
salam men ailəli olub ayrilmişam sonra bir oglanla biryerdə oldum 5ildi biryerdeyik sonra namaza gəldim oda evlidi ve menen biryerdə olunan sonra evlənib hemde yetim qızam hec kesim yoxdur Allahdan başqa namaz qiliram ve zina edirem oda kəbin kesmir ve hec vaxt kesmeyecek deyir deyir kəbin etsəm duzgun gerek yoldaşinin xeberi olsun ondada ailəsi dagilar amma valideyinləri bilirki heyatinda men varam birde nece defe ayrilmişam tovbe etmişəm zinaya aylarla ayri ayri qalmışıq amma heyat meni herledir firladir yene onunla barışmağa vadar edir men yene onunlayam xahiş edirəm cavab yazin
Cavab: 

Aleykum salam. Kəbin olmadan biryerdə yaşamaq və cinsi əlaqədə olmaq böyük və cəzası şiddətli olan günah -- zinadır. Kəbin kəsdirməyi tələb etməli, olmasa Allahdan qorxaraq tövbə etmək və bu əməldən çəkinmək lazımdır.

Oğlanın valideynləri uzaqda olarsa, kəbin kəsilə bilərmi?

    14.02.2015
Sual: 
Salamun Aleykum eger kebin kesilende oglanin ata anasi uzaqdaysa amma raziysa tek qiz terefin raziligi ile kebin kesile bilermi
Cavab: 

Aleykum salam. Bəli, kəbin kəsilə bilər. Ümumiyyətlə, kəbində oğlanın vəlilərinin razılığı vacib şərt deyil, amma ədəbdəndir. Qızın vəlisinin razılığı isə mühüm şərtdir. Daha ətraflı:
Nikah bağlamağın qaydaları

Ərim məni arxadan cinsi əlaqədə olmağa məcbur edir, günah qazanırammı?

    05.02.2015
Sual: 
salam aleykum.evvelce sualim üçün çox çox üzr isdeyirem sizdem.çoxdan meni narahat edir ve heç kimden soruşa bilmediyim üçün size yazıram.men aileliyem hicablı xanımam namazda qılıram.ancaq yoldasim qılmır.biz çox mehriban oldugumuz üçün ona yox deye bilmirem desemde meni anal elaqeye mecbur edir.tam açıx desem spermada deyir.meni üzrlü sayln ne olar çox utanıram bura yazdıgım üçün.namaz qılıram olmaz deye başa salıram biraz vaxt elemir sora yene başlıyır tövbe elediyimi demişdim yenede eşitmir meni.mene bir meslehet verin.günahmı qazanlram buna göre.ne etmeliyem.çox sag olun.eger bu sualımı b
Cavab: 

Aleykum salam. Ər-arvad arasında cinsi əlaqə öndən (cinsiyyət üzvündən) olmaq şərtilə, istənilən pozada ola bilər. Arxadan (anusdan) əlaqə böyük günahdır.

Pages