ailə

Yoldaşım mənə qarşı soyuqdur, ona Ayətul Kursi, Fələq və Nas surələrini oxusam bir faydası olarmı?

    18.08.2014
Sual: 
salam size sual yazmisdimki yoldasim menle soyuqdu ona ayetel kursi nas feleq sureleri oxusam tesiri olar mene yaxinlasar ama cavab yazmadiz bu sualimi cavablandirsaz sevinerem sagolun allah razi olsun sizden
Cavab: 

Aleykum salam. Bunu demək çətindir. İstəsəniz oxuya bilərsiniz. Belə hallarda ilk növbədə namaz qılaraq səbirlə Allahdan kömək istəmək lazımdır. Namaz qılmırsınızsa, Namaz məqaləsindəki videoya baxıb öyrənə bilərsiniz.

Sürmə dedikdə siz indiki laynerləri nəzərdə tutursunuz?

    12.08.2014
Sual: 
Salam aleykum, surme dedikde siz indiki laynerleri nezerde tutursuz? Bir de surme sunnetir ama onu ceken zaman gozler gozel gorunur bu gunah deyil?
Cavab: 

Aleykum salam. Sürmə gözə çəkilən yağlı və ya toz halında olan qara məhluldur. Qadın yalnız öz həyat yoldaşı üçün bəzənməlidir. Allah Təala buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.

Başqa millətdən və irqdən olan qadınlarla evlənmək olarmı?

    12.08.2014
Sual: 
as salanu aleykum. size bir nece sualim var. 1- muselman kisi qeyri muselman bir qadinla evlene biler? kafir olsa bele? 2- bir erkek bawqa milletden olan biri ile evlene biler? meselen bir turk çinli ile? agderili qaraaderili ile? indiden tewekkurler
Cavab: 

Aleykum salam. İslama görə millətlər və irqlər arasında fərq qoyulmur. İnsanların Allah tərəfindən millətlərə və irqlərə bölünərək fərqli yaradılması bir-birilərini tanımaları üçündür. Uca Allah buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq.

Deyilənə görə təzə evlənənlər qırx gün namaz qılmaya bilərlər. Bu doğrudurmu?

    09.08.2014
Sual: 
Salam Aleykum men esitmisem ki teze evlenmis aile 40 gun muddetinde namaz qilmaya biler bu haqda delil ve hedisler var?
Cavab: 
Aleykum salam. Fərz namazlarını heç bir halda bir gün belə buraxmaq olmaz. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstə olarkən belə heç vaxt namazları buraxmamışdır. 

Yoldaşımın borcunu ödəməkdən ötrü qazancından gizli pul götürüb yığmaq düzgündürmü?

    06.08.2014
Sual: 
salam aleykum axi menim yoldasimin biraz borcu var ve men ondan gizlin onun pulundan goturub yigiram ki, pulu duzeldim sonra bir defelik ona verim borcu qaytarsin bilmirem men ne qeder dogru yada yanlis is gorurem xahis edirem mene deyerdiz ki , bu gunahdir ya yox ALLAH sizi xeyirle mukafatlandirsin insallah
Cavab: 

Aleykum salam. Əgər həqiqətən niyyətiniz, məqsədiniz qeyd etdiyiniz məsələ üçündürsə, inşallah bunda bir problem yoxdur. Allah yardım eləsin.

Kəbin kəsdirdikdən sonra öpüşmək olarmı?

    05.08.2014
Sual: 
Salam kebin kesdirdikden sonra opusmek olarmi
Cavab: 

Aleykum salam. Əgər kəsilən kəbin şəriətə müvafiq şəkildə həyata keçirilibsə, bəli olar. Kəbinin mahiyyəti isə valideynlərin razılığı və şahidlərin olmasından ibarətdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz və iki şahidsiz nigah yoxdur" deyə buyurmuşdur.

Pages