ailə

Körpə uşaqlara gözdəymə duasını necə oxuyaq?

    15.10.2014
Sual: 
salam sizin gozdeyme ile bagli cavabinizi oxudum. bes ushaqlara goz deydikde nece edek onlar hele yeni dil acan usaqdirsa biz oxumaliyiq onalrin yerine ve hansi sekilde? menim qizim cox tez tez yixilir hem de bashi daha cox deyir. kesilmemish qurbani var idi onu da kesdridik yene de yixilir. bu gozdeymeden ola biler? bir de men namaz qilanda bir de gorursen sozler yadimdan cixir yadima sala bilmirem bele olanda tezeden baslamaliyam namaza? ve tezeden baslayanda salamlari dememish namazi bitire bilmerem?
Cavab: 
Aleykum salam. Körpə uşaq üçün duaları siz özünüz oxuya bilərsiniz. Məsələn, gecə yatanda ovcumuza üfürüb əl-İxlas, əl-Fələq, ən-Nəs surələrini və Ayətul-Kursini oxuyub,  bədənimizə sürtürük. Eyni qaydada oxuyub bunu uşaqlara da etmək olar.

Həyat yoldaşım mənə inanmır, nə edim?

    13.10.2014
Sual: 
Selamun aleykum va rahmatullah,qardaw menim zovcem mene inanmi.men ne edim o inansin? Elhemdulilleh yalan daniwanda deyilem yalan haqta ayeler hedislerde bilirem.lakin o inanmir.men ne edim qardawim cox xaiw edirem cavab tezyazin,qadinlarada tovsiye edin zehmet olmasa,Allah sizden razi olsun qardawim Allah komek olsun size
Cavab: 

Aleykum salam. Allaha çoxlu dua edin ki, sizə qarşı onda inam yaransın, sizə etibar etsin və sizə qarşı pis fikirdə və sui-zəndə olmasın. Ola bilər bu sizin üçün müvəqqəti bir sınaq, imtahan olsun.

Süni mayalanma etmək olarmı?

    13.10.2014
Sual: 
salam aleykum. ISLAMDA suini mayalama haqqinda melumat vererdizda,nece baxilir buna? Menim uwagim olmur hekimde deyir ancaq suini mayalanma ile ana ola bilersen.
Cavab: 

Aleykum salam. Süni mayalanma ilə bağlı islam alimlərinin fətvasında belə deyilir: Qadın və ya kişidə mövcud olan bir çatışmazlığa görə hamiləlik təbii yolla, yəni normal cinsi əlaqə yolu ilə baş tutmursa, süni mayalanma üsulundan istifadə edilə bilər.

Qadının səhhətində narahatçılıq yaranarsa, 6-7 həftəlik hamiləliyi abort etdirmək olarmı?

    08.10.2014
Sual: 
Salam eqer qadinin sehetinde narahatciliq varsa (eseb qerqinliyi, qadin xestelikleri ve onurga sutununda: osteoxondroz,skolioz ve rotasiya) ve istenilmeyen hamilelik bash veribse, bu halda 6-7 heftelik hamilelik abort etmek olarmi qunah sayilirmi?
Cavab: 

Aleykum salam. Əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Bunu isə həkimlər təsdiq etməlidir. Digər hallarda isə hamiləliyin neçənci həftədə olmasından asılı olmayaraq abort etmək haramdır.

Süd verən qadın əri ilə cinsi əlaqədə ola bilərmi?

    07.10.2014
Sual: 
Salam mən bunu bilmek isdeyirem ki, sud vere vere yoldasimla yaxinliq etsem gunah olar? Bele bir soz esitmisemki, zinaetli olan ana haramzade adamdi bu duzdur? xais ediremki sualima cavab veresiz zehmet olmasa
Cavab: 

Aleykum salam. Süd verən qadının öz əri ilə cinsi münasibətdə olması günah deyil. "Zinaətli" sözünü isə başa düşmədik.

Evlənmək istəyən cütlüyün nigahı yubanırsa, necə əlaqə saxlamalıdırlar?

    05.10.2014
Sual: 
Iki wexsin meqsedi evlilikdirse lakin aile qurmalari kebin kesmeleri bir nece ay sonra olacag mueyen sebeblere gore bes bu aylar erzinde bu iki genc bir. biri ile nece elaqede qalmalidirlar?
Cavab: 

Salam aleykum. Nigah bağlamayanlar bir-birinə naməhrəm olduqları üçün, onların təklikdə ünsiyyətdə olması və digər vasitələrlə də danışması haramdır. Çünki adətən belə hallar zina kimi daha böyük günahlara yol açır.

Həyat yoldaşım ilə bacılarım arasında problemlər yaşanır...

    03.10.2014
Sual: 
Assalamu aleykum. Zövcəm ilə bacılarım arasında problemlər yaranır. Bele olduqda nece davranmaliyam.
Cavab: 

Aleykum salam. Bir çox hallarda ailədə baş verən problemlər ailə üzvlərinin Uca Allahın əmr və qadağalarına kifayət qədər riayət etməməsi, Uca Allahın onların üzərinə qoyduğu haqq və vəzifələri bilməməsindən irəli gəlir.

Məni sevdiyim qızdan ayırıb başqası ilə nişanladılar. Onlara qarğış edə bilərəmmi?

    28.09.2014
Sual: 
salam meni sevdiyimden ayirdilar aysel adli qizla nisanlandirdilar onlaraa qarxis ede bilerem gunah olmaz
Cavab: 

Aleykum salam. Əvvəlcə sizdən sual verərkən ad çəkməməyinizi xahiş edirik, çünki bunun sualın cavablandırılmasına heç bir aidiyyatı yoxdur. Həmçinin islama görə məcburi evləndirmək yoxdur, ona görə də bu haqqınızı tələb edə bilərsiniz. Həmçinin oxuyun:

Mən iki ildir ki boşanmışam, amma kəbinimiz hələ də pozulmayıb

    28.09.2014
Sual: 
Salam Aleykum.men iki ildirki bowanmiwam ancaq bizim kebin helede pozulmayib.men neynemeliyem.ancaq onuda deyimki bir nece defe bowanma haqda evde sobet oldu.mene bir yol gosterin bilmirem nece edim.tewekkurler.
Cavab: 

Aleykum salam. Çalışın öz aranızda razılığa gəlib boşanıb-boşanmamağınız haqda yekun bir qərar verəsiniz. Həm də sualnız tam olaraq da aydın deyil ki, sizə konkret izahlı bir cavab verək. Həmçinin oxuyun: 

Pages