ailə
Cinsi əlaqə hansı şəkildə olmalıdır?
Salam aleykum. Cinsi əlaqə anus yolu ilə (anal yolla) olmamaq şərti ilə, cinsiyyət üzvündən istənilən vəziyyətdə (pozada) ola bilər. Uca Allah buyurur: "Qadınlarınız sizin tarlanızdır. Tarlanıza necə istəyirsinizsə, yaxınlaşın". (əl-Bəqərə, 223).
Özümü boşaltmasam, evlənəndə ziyanı ola bilərmi?
Aleykum salam. Özünü boşaltmaq və ya masturbasiya haramdır. Haram şeylərdə isə şəfa yoxdur. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Allah ümmətimin şəfasını onlara haram qıldığı şeylərdə etməmişdir".
Ana bətnindəki döl insan formasına düşməmiş abort etmək olarmı?
Kiminlə ailə quracağımızı Allah əvvəlcədən yazıbmı?
Salam aleykum. Bu cavabı oxuyun: Ailə quracağımız şəxs taleyimizə yazılıbmı?
Uşağa Munir adı qoymaq olarmı, kənarı çatlayan qabdan su içmək və digər suallar
Aleykum salam. Quranda Munir sözü var və bunu insana ad kimi də qoymaq olar. Uca Allah buyurur: "Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və "nur saçan" (Munir) Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər".
Naməhrəm qadından evlənmək üçün qız axtarmasını xahiş etmək olarmı?
Aleykum salam. Sosial şəbəkələrdə naməhrəmlərlə söhbət etmək haramdır. Daha ətraflı: Sosial şəbəkələrdə naməhrəmlərlə danışmaq haqqında
Ailə üzvləri birlikdə camaat şəklində namaz qıla bilərlərmi?
Aleykum salam. Bəli, qeyd etdiyiniz şəxslər birlikdə namaz qıla bilərlər. Bu zaman kişi öndə imam dayanır, qadınlar isə onun arxasında dayanaraq imama tabe olurlar.
Cinsi əlaqədən sonra hər dəfə qüsl almaq vacibdirmi?
Aleykum salam. Cinsi əlaqədən sonra həm kişi, həm də qadın qüsl almalıdır. Qüsl etmədən namaz qılmaq batildir. Özünü qoruyarsa, hər gün çimmək insanı xəstələndirmir.
Namaz qılmayanla evlənmək olarmı?
Aleykum salam. Namaz qılmayanla evlənmək olar, amma Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm kişiləri, həm də qadınları dini və əxlaqı gözəl olanlarla evlənməyə təşviq etmişdir. Həmçinin, bu, imanın zəifləməsinə gətirə bilər, bu isə çox təhlükəlidir.