Qadın ailə quracağı şəxsdən keçmişdə yol verdiyi səhvləri gizlədə bilərmi?
Aleykum salam. Həmin şəxs Uca Allaha ürəkdən tövbə edib, bunu gizlədib ailə qura bilər. Həmçinin bunu bilənlər də gizlətməlidirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir müsəlmanın eybini örtərsə Allah taala qiyamət günü onun eyiblərini örtər".