ailə

Üç suala cavab

    03.05.2014
Sual: 
Assalamu aleykum eziz qardaşlar. Sizlere bir neche sual verecem. Önceden vereceyim suallarima gore chox uzr isteyirem. Amma menim uchun vacibdir. Cinsi elaqede olandan sonra qusl aldiqda, hemin eynimde olan paltarlari geyine bilerem, yoxsa yox? Yeni alt paltarindan basqa? Yoxsa teze paltarimi geyinmeliyem? İkinci sualim ise her namaz uchun azan vere bileremmi? Hetta gece namazi uchun? Birde namazda bagislanma duasi necedir? Teshekkurler!
Cavab: 

Aleykum salam.
1) Bəli, həmin paltarlarınızı geyinə bilərsiniz.
2) Hər bir fərz namazı üçün azan verməyiniz yaxşıdır. Azan yalnız fərz namazları üçün verilir. Gecə namazı və digər sünnət namazları üçün nə azan, nə də iqamə verilməz.

Həyat yoldaşımın Topaz oynamasına görə günah qazanıram?

    30.04.2014
Sual: 
Salam aleykum. Qardaş men özüm Allah yolunda olan bir xanimam hicabdayam ve elhemdulilleh Quran oxuyuram. Menim heyat yoldashim spirtli ichkiler ichendir. Her gun yox, amma ara gunler. Men onu ne qeder bu pis ishlerden dondermek isteyiremse de, ancaq alinmir. Haram pul qazanmaqla, yeni top.az kuponlari oynamaqla meshguldur. Bu ne qeder duzgundur? Men gunah qazanmiram ki, ona gore? Bir de men toya gediremse, masada ichki varsa, menim orada oturmagim duzgundurmu? Butun bunlarla bagli etrafli yazmaginzi chox rica edirem. Chox sag olun! Allah komeyniz olsun! Amin!
Cavab: 

Aleykum salam. Topaz və ya hər hansı bir lotoreya növü qumardan sayılır. İslama görə isə qumar oynamaq böyük günahdır. Həyat yoldaşınızın bu haram oyun vasitəsilə qazanc əldə etməsinə görə inşallah siz heç bir günah qazanmırsınız.

Qadın hamilə olarkən əri ilə cinsi əlaqəyə girə bilərmi?

    27.04.2014
Sual: 
Salam aleykum. Bilmek isteyirem ki, qadin hamile olarsa, erinin onunla cinsi elaqede olmasi dinimize gore gunah sayilirmi? Eger gunah sayilirsa, 9 ay er zina etmemek uchun ne etmelidir?
Cavab: 

Aleykum salam. Xeyr, günah sayılmır. Hamilə vaxtı cinsi əlaqədə olmaq şəriətimizdə icazəlidir, lakin yaxşı olar ki, həkimlə məsləhət edəsiniz. Ola bilsin ki, hansısa aylarda ehtiyat edilməsi daha yaxşıdır.

Ərim bacısını gəzməyə aparır, məni isə yox. Bu doğrudur?

    27.04.2014
Sual: 
Salam aleykum. Menim erim tez-tez bacisini gezmeye aparir, amma meni yox. Men deyende ki, meni de apar mene hirslenir. Bu Allah yaninda ne derecede dogrudur?
Cavab: 

Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz ailəsi ilə gözəl davranmış və müsəlmanlara da gözəl davranmağı buyurmuşdur. Yaxşı olar ki, sizi də aparsın. Ümumiyyətlə kişi öz qadınına ən yaxşı işləri etməlidir, onu sevindirməlidir və daim könlünü almalıdır.

Nişanlandıqdan sonra kəbin kəsdirməyə ehtiyac varmı?

    24.04.2014
Sual: 
Salam aleykum. Nishanlandiqdan sonra kebin kesdirmek lazimdirmi? Eger nishanlanmaq ailenin raziligi ile olubsa da? Valideynlerime kebin kesdirmek istediyimizi desek sehv anlashilmaqdan qorxuruq. Xahiş edirem ki, etrafli bu haqda melumat veresiz.
Cavab: 

Aleykum salam. Kəbin olsa idi, daha yaxşı olardı. Siz ananıza bu haqda deyin və inşallah ola bilsin ki, razılığa gəlsin. Siz ona izah edin ki, kəbin ona görə lazımdır ki, biz rahat görüşə bilək və s. Əgər razı olmasalar bu zaman çalışın ki, kəbin kəsilənə qədər təklikdə qalmayasınız.
 

Hər dəfə cinsi əlaqədən sonra mütləq qüsl almaq lazımdır, yoxsa təyəmmüm də etmək olar?

    23.04.2014
Sual: 
Salam aleykum. Eger 1 gun erzinde 3 defe yoldashimla elaqede olmushamsa, her defe qüsl almaliyam, yoxsa teyemmum ede bileremmi?
Cavab: 

Aleykum salam. Əgər qüsl almağa heç bir maneə və çətinlik yoxdursa, bu zaman qüsl almaq vacibdir. Təyəmmümü yalnız xəstəlik təhlükəsi, su tapmadıqda və ya buna bənzər hallarda almaq olar.

Yoldaşım məni həddindən artıq qısqanır...

    19.04.2014
Sual: 
Salam aleykum. Mən 8 ildir ki, evliyəm, yoldaşım bu iller ərzində məndən həmişə şübhəlidir. Məni həddindən artıq qısqanır və mənim etmədiyim şeyləri mənim boynuma qoymağa çalışır. Bunun üçün mən yoldaşıma nə deyim və nə etməliyəm. Buna görə mənə inansın deyə 4-5 dəfə Qurana əl basmışam. Bunun günahı varmı, varsa nədir? Sağ olun. Allah sizden razı olsun.
Cavab: 

Va aleykum Salam. Əvvəlcə qeyd edək ki, həddi aşmadan qısqanmaq, ailəsinin qeyrətini çəkmək hər bir müsəlmana vacibdir.

Abortdan neçə gün sonra namazlarımı qılmağa başlamalıyam?

    19.04.2014
Sual: 
Salam aleykum. Abort edenden sonra namazimi nece qilim? Yeni qezasi varmi? Abort olanda 10 gun qan gelib. 10 gun erzinde de namazimi qila bilmemishem. Qezasi varmi?
Cavab: 

Aleykum salam. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur.

Anamın əvəzinə nəzir orucu tuta bilərəmmi?

    17.04.2014
Sual: 
Salam aleykum. Anam bir chetinliyinde 3 gun oruc tutmayi niyyet edib. Lakin sonradan ağir xestelenib, oruc tutmaq qeti qadaqandir. Ovladi olaraq men onun evezine niyyet, yeni nezir orucu tuta bileremmi ve mumkundurse, sahur ve iftarda hansi dualar oxunur. Xahis edirem, cavabi cox gecikdirmeyin. Tesekkur edirem.
Cavab: 

Aleykum salam. Əgər ananızın oruc tutmaq imkanı yoxdursa, onda onun əvəzinə tuta bilərsiniz. Oruc tutmağa nəzir edən insan orucu tuta bilmədikdə imkanı varsa kəffarə olaraq nəzir etdiyi günün sayı qədər kasıbların qarnını doyuzdursun.

Pages