Yeni doğulmuş oğlan uşağı üçün iki baş qoyunun qurban kəsilməsi mütləqdirmi?
Və aleykum Salam. Əqiq qurbanını kəsmək vacib yox, təkid olunmuş sünnələrdəndir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun əqiq adı ilə qurban kəsilir. İmkan yoxdursa, kəsməmək olar və günah deyil. Sonradan imkan olan kimi bu qurbanları kəsmək lazımdır.