Sual:
Əssələmu aleykum və rahmətullah. Bir gün axşam qrup yoldaşım ilə dərsdən evə qayıdırdıq. Minəcəyimiz avtobusda adam dolu idi və buna görə də sürücü kimin minərkən kartı oxutduğunu görə bilmirdi. Camaatın bir qismi vəziyyətdən istifadə edib pul vurmadan keçib otururdu. Mən isə kartı oxudub pulu ödəmək istəyəndə qrup yoldaşım məni çəkindirdi və onsuz da sürücünün görmədiyini dedi. Bir anlıq ona uydum, kartı oxutmadan keçib oturdum. Lakin bu hadisə məni çox narahat edir. Mən sürücünün haqqına girmişəm və üstümdə haram pul daşıyıram (miqdarı çox olmasa da haram haramdı).