böyük günahlar

Həyətdə it saxlamaq olarmı?

    11.09.2020
Sual: 
Salam. Heyetde it saxlamaq günahdır?
Cavab: 
Va aleykum Salam. Dinimiz iti yalnız üç məqsəddən biri üçün saxlamağı icazə verir: 1. Həyəti, bağı və s. qorumaq məqsədilə; 2. Ov məqsədilə; 3. Mal-qara otarmaq məqsədilə. Səbəbsiz yerə it saxlamaq qadağandır. Daha ətraflı:

Haris adını uşağa qoymaq olarmı?

    10.09.2020
Sual: 
As salam aleykum 20 il bundan qabaq xalam yuxuda quran kitabları görmüş və ona yuxuda oğlunun adını Haris qoy deyilmişdi.Oda buna reayət edib haris qoymuşdu.indi təsadüfən mənim qarşıça harisin iblisinmadı olduğu çıxdı.Bu nədərəcədə düzgündü?Haris hansısa sahabənin adı olduğunu düşünürdüm.ikinci sualım dilimi qeybətdən qprumaq istəyirəm ama alınmır yenə gəlib məni tapır ama sonra çox məyus və peşiman oluram ama yenə qebət özü gəlib çəni tapır.dua edirım əlbətdə Allahdan bağışlanma diləsəmdə yenə bu günahı edirəm.Hallalıq almayıb kiminsə dalınca danışmaq və ürəkdənpeşiman olmaq yetərmi?yoxshal
Cavab: 

Aleykum salam.

Namazın sözlərini yadda saxlaya bilməmək səbəbilə qılmamaq günahdırmı?

    10.09.2020
Sual: 
Salam men NAMAZ qılmağa çalışırdım ama yaddaşımda qalmadı ve bacara bilmedim. Bunu günahı varmıdır ? Tam öyrenmemişdim 100'de 10% deyək.
Cavab: 

Va aleykum Salam. Namazı tərk etmək ən böyük günahlardandır. Namazı yadda saxlaya bilməyən insan namazın sözlərini vərəqə yazıb bir müddət vərəqdən oxuyaraq qıla bilər. Bu səbəbdən tövbə edib təkrar namaza başlayın.

Rəngli linza istifadə etmək icazəlidirmi?

    10.09.2020
Sual: 
Esselemu aleykum. 1)Linza taxmaq icazelidirmi,xüsusile rengli linzalar? 2)Mektebe ve ya universitete göre saqqalı kesmek olarmı? Allah razı olsun
Cavab: 
Aleykum salam. Gözə taxılan linzalar iki növdür:
1) Tibbi linzalar - bu növ linzalar müalicə məqsədi üçün və görmə qabiliyyətində olan qüsurları aradan qaldırmaq üçün istifadə olunur. Bu növ linzaları həkimin məsləhəti ilə istifadə etmək icazəlidir.
 

Övlad valideynlərinin himayəsindən çıxa bilərmi?

    10.09.2020
Sual: 
Salam , ilk öncəliklə sualım budur ki bir övlad ananın himayəsindən öz istəyi ilə , və ya ananın istəyi ilə, vəya dini yolla necə çıxa bilər və ya necə onlardan uzaqlaşa bilər.ümumiyyətlə ailədə heç kim birisi ilə yola getmir və onlar açıq aydın şəkildə nalayiq sözləri evdə , o adama və bəzən süfrədə də deyilir və o adamın(ailədə ən kiçikdir,əxlaqı da yaxşı) dəfələrlə məsləhət verməsinə(Düzdür, ona məsləhət çox da düşmür yaşına görə)baxmayaraq onlar riayət etmirlər.Artıq da o adam səbri tükənib və bəzən hətta dünyanın ədalətini sevmirdə.Birdə ki onlar müsəlman olmasına baxmayaraq çox ədalətsiz
Cavab: 
Aleykum salam. Oğlan uşağı həddi-büluğa çatdıqdan sonra artıq sərbəst sayılır və istəsə valideynlərinin himayəsindən çıxa bilər. Lakin bu o demək deyil ki, artıq valideyn haqları həddi-büluğa çatmış uşağa vacib deyil. İnsan neçə yaşında olursa olsun valideyn haqları həmişə üzərində qalır.

Naməhrəmi öpmək günahdırmı?

    10.09.2020
Sual: 
Salam məm 15 yaşında ikən nişanlandım kəbin kəsdilər amma yoldaşımla əlaqdə olmadı, bir müddət sonra başqasın istədim və o insan məni öpdü,amma heç bir yerimə toxunmadı, indi çox peşmanam hər gün tövbə və dua eliyirəm. Bilmədən etmişəm. Bu bağışlana bilən günahdır
Cavab: 
Aleykum salam. Etdiyiniz əməl günah sayılır və bu əməldən tövbə etməlisiniz. Etdiyiniz günaha görə peşmançılıq çəkmək tövbənin səmimiliyinə dəlalət edir. Uca Allah səmimi qəlbdən edilən tövbəni qəbul etdiyini bildirir.

İçki içməyə 4 dəfə tövbə edib hər dəfə tövbəsini pozanın bir daha tövbəsi qəbul olarmı?

    10.09.2020
Sual: 
Salam aleykum.men 4-5 defe içki içib tovbe etmişem .hem de namaz qilirdim .amma namazimda da sehlenkarliqlar edirdim .bir gun bir hedis rastima çixdi. içki haqda .o hedisde yazilmişdi ki 4 cü defe tovbe edib yene içse 40 gün namazi qebul olunmaz 've tovbe etse tovbesi qebul olunmaz .bu hedisi ewidende ço üzüldüm .qelbim sixilir .bu gunahlari etdiyime gore cox peşmanam .bu suali gözüm yaşlı yaziram .Allah subhanahu va taala meni bağişlayarmi ?
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, sərxoşedici içki və vəsitələr İslamda böyük günahlardan biridir. Hətta Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) içkini bütün pisliklərin anası adlandırmışdır. Daha ətraflı:

Qız olduğuna görə uşağı abort eləmək böyük günahdırmı?

    04.09.2020
Sual: 
Salamaleykum.Size bir sualım var.umumilikde 1i keyseriye olmaqla 3defe emelyat olmuşam.2qızım var bir oğlum olsun istirem ama aparat buda qizdi dedi.bunu götürmey istirem,çünki bir oğlum olsun istirem.emelyatlarım var deye risqlidi deyir hekim.nece ede bilerem?uşaq götürmeyin tövbesi qebul olunurmu?emelyat söhbeti var deye tereddüd elirem.yoxsa şükür olsun Allahın verdiyine.zehmet olmasa cavablandırardız
Cavab: 

Satanizm barədə mahnıya qulaq asmaq küfrdürmü?

    04.09.2020
Sual: 
salam qan qrupunun telqin mahnisini oxumaq küfrmü?satanizmmi?telqin nedir?men o mahnini oxudum sozlerinden ele bildim Allaha inaman islamdan danişir sonra telqini ararşdırandan sonra ele düşündüm ki bu satanizmdi.men indi kafir sayilaram?
Cavab: 

Və aleykum Salam. Təlqin etmək hər hansı bir fikri, əqidəni qarşı tərəfin beyninə yeritmək və qəbul etdirmək deməkdir. Şeytanın insanları azdırmasının yollarından biri də müxtəlif mahnılarla və ya şeirlərlə insanların beyninə küfrü təlqin etməsidir.

Pages