böyük günahlar

Bir günahdan asılılığım var, onu necə tərk edə bilərəm?

    04.02.2021
Sual: 
Salam Aleykum, evvela Allah sizden razi olsun cox faydali,genis melumatli sehifeniz var.Qardas men sizden porno bagimliliqi haqqinda yardim istemisdim bundan nece qurtulmaq olar yol gostermenizi istemisdim yalniz menim bu sualimi cavablandirmadiniz.Allah rizasi ucun bu baqimliliqdan nece qurtulmaq mene bir yol gosterin.Artiq bu baqimliliq uzunden heyat mene zindan olmusdur,ne dinim ucun nedeki heyatim ucun faydali bir seyler etemeye hec bir hevesim qalmayib.Men nece baqislana bilerem ve qurtula bilerem bu musibetden??

Şəbəkə biznesi formasında işləyən şirkətdə işləmək olarmı?

    04.02.2021
Sual: 
Salam Aleykum.Bir şirket baresinde soruşmaq istiyirem, şirket şebeke biznesi formasında işleyir, şirkete qoşulmaq üçün evvelce şirketde hisse(sehm) alırsan. 99€ verirsen 50eded şirketin pul vahidi olan puldan alırsan, şirketin menfeet ortağı olursan, sonra şirketin reklamın edirsen ve insanlara teqdimat ederek şirketin meksedlerini (yalan danışmadan) danışırsan, qoşulmaq isteyen qoşulur. Her getirdiyin insana göre reklam pulu olaraq 9€ qazanırsan. Hemçinin getirdiklerimizinde getirdiklerinden 9€ pul qazanırsan. Bu işde işlemek olarmı?
Cavab: 
Aleykum salam. Bu sualların cavablarını oxuyun:

Siğə edən insan tövbə etsə günahı bağışlanarmı?

    04.02.2021
Sual: 
salM siğe etdiyden sonra cinsi elaqe günahdı zina sayılır ve eyer günahdırsa nece tövbe etmek olar többe etsem günahm bağışlanarmı sevdiyim insanla siğe etmişem
Cavab: 

Va aleykum Salam. İslam dinində siğə deyilən müvəqqəti nikah növü yoxdur və bu növ nikah böyük günahlardan olan zina sayılır. Nikahın Allah qatında düzgün olmasının şərtlərindən biri budur ki, nikah qısa müddətli yox, daimi olmalıdır.

Naməhrəmi tərk edib qəlbini qırmaq daha böyük günahdır, yoxsa əlaqə saxlamaq?

    28.01.2021
Sual: 
Salam . Men bir günah işledim ve namehremle münasibet qurdum. Indi ondan ayrilmaq isteyirem amma meni çox sevir. Qelbi qırılacaq ne etmeliyem? Hansı daha pistir qelb qırmaq yoxsa namehremle munasibet ve yalan?
Cavab: 
Va aleykum Salam. Naməhrəmlə münasibət qurmaqla günah iş tutmusunuz, bu günahı dərhal tərk edin və Allaha tövbə edin. Bilin ki, bir günah insanı başqa bir günaha sövq edir, sonda insanı günahlar toruna salır və insan bu günahlarla əhatə olunduqda günahları tərk edə bilmir və həlak olur.

Pages