İnternetdə naməhrəmlə danışmışam, necə tövbə edə bilərəm?
Sual:
Salam sizdən çox xahiş edirəm mənə cavab verin cox cixilmaz vəziyətdiyəm mən internetdə tanimadigim səxslərlə danismisaç 7 nəfərə səkil atmisam 5 nəfərnən adi söbət 2 nəfərnən naməhrəm söbət olub subay qadinam cox pesmanam əzab cəkirəm neyləyə bilərəm yalvarıram cavab yazin
Cavab:
Va aleykum Salam. Naməhrəmlə istər canlı, istərsə də internetdə və ya telefonda danışmaq günahdır. Buna görə Allaha tövbə edin və bir daha bu günaha qayıtmayın. Bilin ki, günah əməl insanı daha böyük günahlara sürükləyir. Odur ki, Allahın qadağan buyurduğu əməllərdən çəkinin.