Zinakar qadın tövbə edibsə, onunla evlənmək olarmı?
Sual:
Assalamu Aleykum.Evliyem ve zovcemi atası gile gondermisdim. Bir gun bir meclise getdim ve orada exlaqsiz qadin oldugunu ve gedeceyimi bildirdim. Onu da aparmagimi istediler. Onu apararken devet etdim islama. Qisasi qadinla sonra da gorusdum ve tovbe etdi. Zina xaric biraz gunah isledim ve ikimiz de tovbe ettik.Qadin indi namaz qilir ve islama gelib.
Cavab:
Və aleykum Salam. Əgər qadın etdiyi günah əməldən tövbə etmişsə və tövbəsində sadiqdirsə, bu qadınla evlənmək icazəlidir. Lakin qadınla evlənmək üçün onun vəlisinin (atası, qardaşı, əmisi və s.) icazəsi mütləqdir. Qadına vəli ilk növbədə atası olmalıdır.