böyük günahlar

Naməhrəmlə telefonda danışmaq namazı batil edirmi?

    01.12.2020
Sual: 
Salam men yeni namaz qilmağa başlamiwam ancaq namehrem oglanla kohne sevgilimle telefonda daniwdim gunah etdim soradan pewman oldum namaz qila qila bunu etdiyime gore bundan sonra qildigim namazlar qebul olunmaz deye cox narahatam bele bir wey edib tovbe edenden sora qilanan namazlar qebul olunurmu?
Cavab: 
Va aleykum Salam. Naməhrəmlə danışmaq günahdır, lakin bu əməli etmək namazın qəbul olunmasına təsir etmir. Peşman olub tövbə etmisinizsə, Uca Allah tövbənizi qəbul edər. Çalışın bir daha bu əmələ qayıtmayasınız. Daha ətraflı: 

Haqsızlıq edənə halallıq verilməsə, Allah onu bağışlayacaqmı?

    30.11.2020
Sual: 
salam eleykum. Anasi rehmete getmiş bir qızın anasından yadigar qalan, zinet eşyasını(boyunbağı) alaraq yalan yere toya taxacam deyerek elinden alaraq qaçıb gedib ölkeden. Ona halallıq vermese Allah onu o dünyada bağışlayacaqmı? xaiş edirem cavablandırın.
Cavab: 
Və aleykum Salam. Uca Allah qul haqqını hətta Onun yolunda cihad edib şəhid olana bağışlamır. Qul haqqı çox mühüm məsələdir.

Allaha sığınmağıma baxmayaraq pis yuxular görürəm, nə edim?

    30.11.2020
Sual: 
Salam.yuxuda, yuxunu qarisdirib meni gelmeyi deyilirki şeytan alemetidi men yatarken əuzu billahi mineşş şeytani recim duasini oxuyuram bu duada o demekriki seytanlardan uzaq olum yuxuda amma seytanlar meni casdirir men yuxumu qarisdiriram meni gelir bu nedendi?
Cavab: 

Və aleykum Salam. Yuxuda şeytanın vəsvəsəsindən qorunmaq üçün yatmazdan qabaq ayətul-kursi və digər duaları oxumaq lazımdır. Həmçinin, yatarkən Allahı zikr etməklə bərabər gün ərzinda gözü haramlardan qorumaq da lazımdır. Həmçinin bu cavabları oxuyun:

Əsəbiləşərək küfr sözlər işlədən insan dindən çıxırmı?

    30.11.2020
Sual: 
Salam. Eger 1 insan esebleşerek kufr etse dinden cixmiş olurmu? 1 adam esebleşib dedi: "ta dua etmeyecem ne deyirem tersine cixir" sonra nese dedi yene ve "..eger Allah varsa.."dedi ,ozde oruclu idi. Indi bele bir adam dinden cixir? Ne etmelidi? Tovbe edib, şehadeti deib ve qusl almalidi? Eger qadindirsa ne quslu? Ve hemin gunun orucu batildi? Yeniden qezasini tutmaq lazimdi?
Cavab: 
Və aleykum Salam. Əvvəla "Daha dua etməyəcəm nə deyirəm tərsinə çıxır" ifadəsinə gəlincə, bu ifadə küfr olmasa da belə demək çox böyük bir səhvdir.

Ərimin mənə xəyanət etməməsi üçün dua varmı?

    22.10.2020
Sual: 
Salam nece defe yazmisam menim sualim cavablanmir XAish edrem cavablandirasiz Yoldasim meni sevir hörmet edir amma yenede xeyanet edir basqa qadinlarla yaxinliq edir ne esim sizce bu zinanin duasi varmidir
Cavab: 

Və aleykum Salam. Sözsüz ki, kişinin xanımına, eynilə qadının da ərinə xəyanət etməsi böyük günahdır. Şəriətə görə bunun həm dünyada, həm də axirətdə cəzası çox şiddətlidir. Amma siz ailənizi qorumalı, təmkinli olmalı və şeytana uymamalısınız.

Pages