Dua edərkən "Allahım, inanıram ki, dualarımı qəbul edəcəksən!" demək olarmı?
Aleykum salam. Dua edərkən qeyd etdiyiniz kimi demək günah deyil. Dua edərkən qəbul olmasına ümidli olmaq, duanın ədəblərindən sayılır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir ki, qoy (hər kəs Allaha dua etdikdə) qətiyyətlə dua etsin. Çünki heç kəs Onu nəyəsə vadar edə bilməz.