namaz

Namaz qılanda azyaşlı uşaqlarım ağladığı üçün ərim etiraz edir...

    23.03.2015
Sual: 
SALAM.MENim 2ovladim var.qizimin 2,oglumunsa 1yasi var.men namaz qilanda aglayirlar.yoldasimgil deyirki usaq aglayirsa senin namazin ALLAHA lazim deyil.mende namazsiz rahat yasaya bilmirem.mene meslehet verin.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır". (əl-Munafiqun, 9).

İşdə şərait olmadığı üçün bəzi namazları qəza edərək evdə qılmaq olarmı?

    21.03.2015
Sual: 
Salam! mən zöhür namazı vaxt işdə oluram. Şərait yoxdur namaz qılam. Evə gedəndə qəzasını qılıram . Bu günahdı? Bir də Əsr namazina evə çotiram , birinci əsr namazini qılıb sonra isə Zöhur namazinin qəzasini qılıram. Xahiş edirəm mənə cavab yazin düzgün qaydani
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır". (əl-Munafiqun, 9).

Namaza başlamaq istəyirəm, namaz qılana nələr qadağandır?

    17.03.2015
Sual: 
salam men yeni namaz'a başlayacam,bawlamamazdan once neler qadagındır oyrenmek isteyirem zehmet deyilse namaz qilan insana neler olmaz yazardınız...sagolun
Cavab: 

Aleykum  salam. Sizi namaz qılmağa müvəffəq edən Allaha həmd olsun! Allaha dua edirik ki, hər zaman onun dinini yaşamağa, onun əmr və qadağalarını öyrənməyə belə həvəsli olasınız. Əslində "namaz qılana filan şey qadağandır" fikri düzgün deyil.

Cənazə namazında "subhanəkə" duası və "Fatihə" surəsi oxunurmu?

    17.03.2015
Sual: 
salam aleykum cənazə namazında fatihə surəsi oxunurmu? cənazə namazında subhanəkə duası oxunurmu? bu suallara cavab versəz İnşə Allah yaxşı olar Allah elminizə bərəkət versin salam aleykum
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. "İstiftah" (subhanəkə) duası yox, ancaq əl-Fatihə surəsi oxunur. Daha ətraflı: Cənazə namazı necə qılınır?

Türkiyədə məsciddə möhürlə namaz qılmağıma camaat yaxşı baxmır...

    15.03.2015
Sual: 
Salam. Evvelceden bu saytı düzelden emekdaşlara teşekkür edirem. Men Türkiye'de oxuyuram cüme namazında namazı möhürle qılıram ama hiss edirem ki camaat bunu xoş qarşılamır. Men bu barede ne ede bilerem ? Evvelceden size teşekkür edirem!
Cavab: 

Aleykum salam. Möhür peyğəmbərin (sallallahu aleyhi və səlləm), onun əhli-beytinin və səhabələrinin istifadə etmədiyi, dinə sonradan gətirilmiş bidətdir (dində yenilik). Bidət isə günahdır, ona görə də möhür istifadə etməməlisiniz.

Pages