namaz

Namaz qılmayana kafir demək olarmı?

    02.03.2015
Sual: 
Salam aleykum. Namaz qılmayan adama kafir demək olarmı?
Cavab: 

Və aleykum Salam. İslam beş əsas üzərində qurulmuşdur. Şəhadət gətirərək Uca Allaha və Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) iman gətirən şəxs İslama girmiş olur, amma bundan sonra ondan namaz, zəkat, oruc, həcc kimi vacib əməllər tələb olunur.

Körpə üstümüzə qussa dəstəmaz pozulurmu və digər suallar

    28.02.2015
Sual: 
Assalamu aleykum necesiz?Suallarim beledir.1.Sud emer korpe ustumuze qussa destamaz almaliyiq yeniden?ve yaxudda barmaq kesilse destamaz pozulur yoxsa qani dayandirib davam ede bileriy?2..Mende iki gundur ozumde hiss elemeden sidiy damcisi cixir buda destamazi pozur men bildiyime gore bele halda meni cox narahat edir.Men namazi saxlayib mualice alandan sonra yeniden qilmaq isteyirem bu mene gunah sayilirmi?bele davam ede bilmirem ozumu mundar kimi sayiram.. Zovcenin xalasi yada bibisi qonaq gelende opusub gorusmey olar yoxsa olarda namehremdiler?
Cavab: 

Aleykum salam.

Sübh namazını günəş görünənə qədər qılmaq olarmı?

    28.02.2015
Sual: 
Salamaləykum. Çox sagolun ki,bütün suallarımı cvb.landırdız. Gec olduğu üçün,elə bilmişdim mənim suallarımı buraxmısız.Səbrsiz oldugumçün üzr istəyirəm. İndiki sualım isə: Nənəm deyirdi ki,sübh namazı günəş çıxmazdan əvvəl qırmızı xətlər çıxanadək bitirməlidir. Bəziləri isə dəyirki,günəşin özü çıxana qədər eləmək olar. Qusarda sübh namaz 06:40 da başlayırsa,təxminən saat neçəyə qədər namazı eləyə bilərəm,yə'ni saat neçədən sonra eləmək olmaz? Xahiş edirəmki,bunu mənə başa salasız. Allah sizin bu əməlinizdən razı olsun!
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sübh namazının vaxtı dan yeri söküləndən günəş çıxmağa başlayana qədərdir. Gün çıxmağa başladıqda isə namaz qılmayın, çünki o şeytanın iki buynuzu arasından çıxır". (Muslim, 612).

Yataq otağında namaz qılmaq olarmı?

    26.02.2015
Sual: 
As salam aleykum.Bir nefere qadinlar ucun oz evlerinde,xususən yataq otaqlarinda qilmaq daha xeyirlidir dedim.Ve, o sie deyil sadece ozunu sie adlandirir, dediki sunnilerin her seyinnen razi ola bilerem ancaq bununla yox. Cunki, deyir,(uzr isteyirem)yataq otaginda qadinla kisi cinsi elaqede olurlar ve bele bir sey beyenilmir. İndi ise ona nece basa salmaq olar yeni Qurandan delillernen, ayelernen ve s.As salam aleykum
Cavab: 

Aleykum salam. Yataq otağında namaz qılmaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hamam və qəbirstanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır".

Namazda əlləri bağlamaq nə dərəcədə doğrudur?

    25.02.2015
Sual: 
Selam aleykum.namazda elleri baglamaq ne derecede duzgundur? bildiyime gore elleri baglamaq duzgun deyildir: 1.zerdustler ibadet ederken ellerini baglayiblar(bele namaz qilanlari buna benzetmirem.pis basa dusmeyin)2.hemcininde kecmisde butlerin hamisi eli bagli olublar.3.elleri baglamaq barede hedisler zeifdir.butun bu delillerle bu barede ne deye bilersiz?bu meseleye aydinliq getirmenizi xahis edirem.
Cavab: 

Aleykum salam. Müsəlman əqidəsinin əsasını Allahın və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) əmrlərinə itaət təşkil edir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Mən necə namaz qılıramsa.

Namazın vaxtı giribsə, məsciddəki azanı gözləmək lazımdırmı?

    25.02.2015
Sual: 
salam aleykum.Allah sizlerden razı olsun.bele bir sualım var.burda saytda ve başqa namaz teqvimlerinde namaz vaxtlari demek olarki eyni vaxtdadi.ancaq bize yaxin olan mescidde seher namazını teqvimden texminen 15 deq sonra ezanı oxunur.günorta namazı ise düz gelir.ezanı gözlemeden teqvime esasen qıla bileremmi.ancaq çox uzaqdaki mescidin ezan seside tez esidilir.çox yanınımızda olan mescidin ezan sesi daha aydın esidildiyi üçün men ezanı gözlemeli oluram.cavablandırdıgınız üçün çox sag olun.
Cavab: 

Aleykum salam. Kişilərin məscidə gedib camaatla namaz qılması daha çox savabdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilət­li­dir". (Muslim, 1509).

Pages