namaz

Aşağıdakı salavat duasının mənası nədir?

    19.07.2015
Sual: 
Salam bun salavatın menası nedir namazdan sonra oxumaq olar Allâhumme salli alâ Seyyidinâ Muhammedin ve alâ âli Seyyidina Muhammedin salâten tüncînâ bihâ min-cemî’il-ehvâli vel âfat. Ve takdî lenâ bihâ cemîal hâcât ve tutahhirunâ bihâ min-cemîi’s-seyyiât ve terfe’unâ bihâ a’lâ’d-deracât ve tubelliğunâ bihâ aksâ’l-ğayât min cemiîl-hayrâti fî’l-hayâti ve ba’del-memât birahmetike Yâ erhame’r-rahimîn. Hasbunellahu ve ni’mel vekîl, ni’mel mevlâ ve ni’me’n-nasîr. Ğufraneke rabbenâ ve ileyke’l-masîr.”
Cavab: 

Aleykum salam. Bu sözlərlə Allah Rəsuluna (Allahın ona salavatı və salamı olsun) salavat göndərmək bidətdir (dində yenilik), və bununla bağlı Quran və Sünnədə, həmçinin səhabələrdən heç bir səhih xəbər bildirilməyib.

Qadınlar hansı namazları səsli qılmalıdırlar?

    17.07.2015
Sual: 
Qadinlar hansi Namazi sesli qilmalidirlar?(yeni subh yaxud zohr bunlardan hansi sesli qilinmalidir)Namazi ureyinde ve yaxud da picilti ile qilinmasi gunahdirmi? Bir de Namazda qunut,ruku ve secdeden sonra Allahu Ekber deyilmesi gunahdirmi??
Cavab: 
Salam aleykum. Vacib namazlardan səsli qılınan namazlar yalnız sübh, məğrib və işa namazlarıdır. Zöhr və Əsr namazlarını isə səsli qılmayın. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu namazları səssiz qılıb.

Dində məcburiyyət yoxdursa, uşaqları namaza niyə məcbur edirik?

    11.07.2015
Sual: 
dinde mecburuyyet yoxdur?eyer yoxdursa o nece olur ki uwaqlarin namaz qilmasi ucun mecbur edirik/
Cavab: 

Salam aleykum. Uşaqlar onlara xeyirli olan şeyləri başa düşmədikləri üçün bir çox şeyləri valideynlər onlara məcburi etdirirlər. Məsələn, xeyirli qidalar yemək, vaxtında yatmaq, oxumaq və s. işlərdə məcburiyyət olduğu kimi, namaza da məcburiyyət ola bilər. Təbii ki, məcburiyyət son addımdır.

Əbülfəzl Abbas Allahın adlarındandırmı?

    08.07.2015
Sual: 
salam.1.Eblfezlabbas Allahin adlarindandirmi? Xaiw edirem Allahin adlarini yazin. 2.namazda tesbehle zikr etdikda nece niyet olunur Allahin adlarini zikr edirem urekda niyyet olunur ve 34 dafa Allahu Akber,33 dafa Alhemdulillah,33 dafa subhanallah deyilir?
Cavab: 

Aleykum salam. Xeyr, qeyd etdiyiniz ad Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) oğlunun adıdır. Daha ətraflı:
Əbulfəz ağa kimdir?
Allahın neçə adı var?

Üzərində məscid şəkli olan səccadələrdə namaz qılmaq olarmı?

    08.07.2015
Sual: 
Əssələmu aleykum ve rahmətullah.Allah sizi xeyirlə mükafatlandırsın.Sualım belədir-Üzərində məscid şəkli olan səccadələrdə namaz qılmaq olarmı.Əssələmu aleykum ve rahmətullah.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Üzərində Kəbənin, Peyğəmbər məscidinin və ya hər hansı bir məscidin şəkli olan xalçanın üstündə namaz qılmaq bəyənilmir, çünki bu, bir növ İslamın rəmzlərini ayaq altına atmaq, hörmətdən salmağa bənzəyir.

Namaz qılmasam da, alnımda möhür izi əmələ gəlməsinin mənası nədir?

    04.07.2015
Sual: 
salam menim alnimda mohur izi yaranmaga bawlayib ama men namaz qilmiram bu ne anlama gelir ?
Cavab: 

Aleykum salam. Namaz qılmırsınızsa, Allahın sizə verdiyi möhləti istifadə edərək gecikmədən namaza başlayın. Bunun üçün hansısa əlamət gözləmək lazım deyil. Daha ətraflı:
Namaz qılmayan Cənnətə girə bilərmi?

Pages