namaz

Ayaqqabı ilə gəzilən evin döşəməsi nəcis ola bilərmi?

    29.11.2014
Sual: 
Salam Aleykum. Qardaşım hərdən işə tələsəndə nəsə yadından çıxanda koridorda ayaqqabılı gəzir. Və mən də ayağımı hamamda yuyub otağa keçmək üçün koridordan keçirəm. Koridoru süpürürəm. Amma əgər orada çöldən ayaqqabının altında nəcasət gələrsə bu ayağımı nəcis edər? Və bilmək istəyirəm ki koridoru hər gün nəm əsgiylə silməliyən? Mən indiyə kimi namazlarımı bu vəziyyətdə qılmışam. Yəni ayaqlarım nəm halda koridordan keçib otağa gəlmişəm. Görəsən bütün dəstəmazlarım batildirmi?
Cavab: 

Aleykum salam. Evin döşəməsində nəcis gözlə görünürsə və ya iyisi hiss edilirsə, mütləq silinməlidir. Digər hallarda isə adətiniz üzrə yığışdırmanız kifayət edir.

Camaat namazında səhv səcdəsi necə edilir?

    28.11.2014
Sual: 
Salamu aleykum qabaqcadan Siza oz minnatdarliğimi bildiriram. 1.Agar namazda har hansi bir sahv olarsa sahf sacdasi neca yerina yetirilir.2. sahfi imam etmis alarsa o halda neca yerina yetirilir
Cavab: 

Aleykum salam. Namazda buraxılan səhv namaz vaxtı yada düşərsə, sonuncu təşəhüddə, salamlardan əvvəl səhv səcdəsi edilir, sonra salam verilir. Buraxılan səhv namazı bitirdikdən az müddət sonra yada düşərsə, yada düşən zaman edilir.

İstixarə namazını qılıb, yatıb yuxu görmək doğrudur?

    28.11.2014
Sual: 
Salam aleykum. Istixare namazi haqqinda izahat vererdinuz zehmet olmazsa..gunun hansi vaxtinda qilibmalidir ve istixare namazini qilandan sonra deyilene gore yatib yuxu gorulur, bu duzdurmu? Cox sag olun.
Cavab: 

Aleykum salam. İstixarə namazının duasından bir hissə: "....Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayı­şım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et.

Namazlar arasında olan kiçik fasilə namazı batil edirmi?

    27.11.2014
Sual: 
Salam aleykum.Mən gündə 3 dəfə namaz qılıram.Mən zöhr vaxtı zöhr namazın qılıb əsr namazına keçməmişdən əvvəl və ya şam namazın qılıb xiftən namazına keçməmişdən əvvəl arada 2,3 dəqiqə fasilə edirəm.yəni zöhr vaxtı zöhr namazın qılıb qutardım əsr namazına dərhal keçmirəm,bu 2,3 dəqiqə fasilədə mən bəzən namaz yerindən qalxıb getdiyim,bəzən yemək yediyim,bəzən də danışıb-güldüyüm olur,sonra keçirəm növbəti namaza.sualım budur ki,bu fasilə mənim namazımı batil edir ya yox?
Cavab: 

Aleykum salam. Quran və səhih hədislərə əsasən namaz gündə beş dəfə qılınmalıdır. Namazları iki halda birləşdirmək olar. Birinci hal səfərdə olarkən, ikinci hal isə zərurət olduqda və hər namazı öz vaxtında qıla bilmədikdə. Daha ətraflı:

Ərim peyğəmbərimiz kimi namaz qılmağıma mane olur, nə edim?

    27.11.2014
Sual: 
Salam aleykum.men aile qurmazdan evvel namaz qilirdim.aile qurandan sonra qilmadim..amma eqidemin duzgun olduguna urekden inaniram.5 ildir aileliyem.namaza bashlamaq isteyirem.amma yoldashim mene qarshi cixir.bele ki, mene mohurle namaz qilmagimi deyir.amma men peygemberimizin (s.a.s.) qildigi kimi...yeni ki, mohursuz ve eli bagli shekilde namaz qilmaq istediyimi bildirirem.
Cavab: 

Aleykum salam. İslamda mütləq şəkildə tabeçilik yalnız Uca Allaha və Onun Rəsulundadır (salləlahu aleyhi və səlləm). Doğrudur, övladın valideynə, qadının ərinə və s. tabe olması da əmr edilmişdir. Amma Allaha asi olmaqda və günah işlərdə tabe olmaq olmaz.

Yeməklə namaz eyni vaxta düşərsə, əvvəl hansını etmək lazımdır?

    26.11.2014
Sual: 
Yemekle namazx eyni vaxta duserse nece hereket etmeli/?
Cavab: 

Salam aleykum. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ac vaxtı yeməklə namaz eyni vaxta düşərsə əvvəl yemək yeməyi buyurmuşdur. Bu, hər halda namazda firkin yeməyə yönəlməməsi üçündür. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: “Yemək hazır olunca namaz yoxdur.

Yatanda ruh bədəndən çıxırmı və digər suallar

    20.11.2014
Sual: 
Assalamu aleykum qardaslar ALLAH Sizlerden razi olsunki bizlerin verdiyi her bir suali sebrle temkinle cavab verirsiz.Sualim beledir deyirler insan yatdiqda ruh bedenden cixir oyananda geri qayidir bu beledirmi? muwq etri vuranda seytan adamdan uzaqlasir bele bir soz ewitmisem bu ne derecede duzdur? birde sef secdesi deyende nece etmeliyiy deyey axirinci ruketdeyem etteyutteni dedikden sonra sef secdesi edilir ?yoxsa salami verb bitirdikden sonra sef secdesi edilenden sonra yeniden salam verilerek bitirilir? sef secdesi iki defe edilir?
Cavab: 

Aleykum salam. Yatanda ruhun bədəndən çıxması Quran və səhih hədislərdə bildirilmişdir: "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır.

Körpə uşağım olduğu üçün sünnət namazlarını qıla bilmirəm...

    20.11.2014
Sual: 
salamun aleykum menim korpe usagim var ancaq vacib namazlari qiliram sunnetleri qila bilmirem.gunde ancaq 17ruket namaz qiliram artiq qila bilmirem.birde verdisdendi yoxsa seytanmi edir bilmirem namazda sozleri tez tez deyirem.bilmek isteyirem menim namazlarim batil sayilmirki?
Cavab: 

Aleykum salam. Sünnət namazlarnı qılmamaq fərz namazlarını batil etmir. Çalışın, imkan olanda sünnətlərdən bacardıqlarınızı qılın. Daha ətraflı: Sünnət namazlarını qılmamaq olarmı?

Sübh namazına durmağı niyyət edib yatan şəxs gec durarsa, qəza sayılırmı?

    20.11.2014
Sual: 
Salam aleykum rahmatullahi berakatu. Peygemberimiz (s.a.s) buyurur ki, "Emeller niyyetlere goredir".Bir insan yatmamisdan qabaq niyyet edib ki, subh namazina qalxmaga.Ancaq ele olub ki, seher telefonun sesini esitmeyib yatib qalib.Oyandiqda gorub ki, artiq namazin vaxti cixib.Destamaz alib subh namazini qilib Onun namazi qezaya dusmus sayilirmi?Cunki onun yaymamisdan qabaq niyyeti subh namazina qalxmaq idi.Zehmet olmasa etrafli melumat vererdiniz.Allah razi olsun.Essalamu aleykum rahmatullah.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Şəriətə görə niyyət etməsindən asılı olmayaraq, əgər namazın vaxtı çıxıbsa, bu halda qəza sayılır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu cür öyrədib, namazın vaxtı çıxdıqda niyyətə baxmağı buyurmayıb.

Pages