Cümə namazından sonra zöhr namazını da ayrıca qılmaq lazımdırmı?
Aleykum salam. Cümə namazı Zöhr namazını əvəz edir və ondan sonra Zöhr namazını qılmağa ehtiyac yoxdur. Cümə namazını qıldıqdan sonra ardınca ayrıca zöhr namazını da qılmaq dinimizdə böyük bidətlərdən (sonradan uydurulan yenilik) sayılır.