namaz
Şiə namazının qılınma qaydasını bilmək istərdim
Aşağıdakı linkləri oxuyun:
Hansı məzhəb düzgündür?
Anam qorxur ki, namaza başlasa vaxtında qıla bilməyib günah qazanacaq
Aleykum salam. Namaz qılmamaq üçün heç bir bəhanələr və üzrlər qiyamət günü Uca Allahın hüzürunda qəbul olunmayacaq. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaq və namazı əvəz edə biləcək bir əməl də yoxdur.
Universitetdə oxuduğum üçüm bəzi namazlarımı birləşdirib qıla bilərəmmi?
Aleykum salam. Universitetde namaz qılmağa yer yoxdursa, zöhrlə əsr namazlarını birləşdirib zöhrün və ya əsrin vaxtında, məğriblə işa namazlarını da birləşdirib məğribin və ya işanın vaxtında qılmağa icazə verilir.
Zöhr namazının vaxtı ilə bağlı hədisi mənə izah edin...
Aleykum salam.
Namazdan öncə azan vermək və telefonda azanı dinləyib namaz qılmaq haqda
Dəstəmaz və namaz haqqında suallar
Aleykum salam.
1) Belə bir hədisin olması haqqında məlumatımız yoxdur. Amma ümumən suya qənaət etmək haqqında hədislər vardır.
2) Namazda fikrin yayınmasına görə günah yazılmasa da, bu hal namazın savabını azalda bilər.
Səfər namazı ilə bağlı
Aleykum salam. Bəli, siz düzgün qılmısınız. Daha ətraflı: Səfər namazı necə qılınır?
Qadınlar namaz qılarkən baş barmağına üzük taxa bilərmi?
Aleykum salam. İstər namazda olsun, istərsə də adi vaxtlarda, qadınlar üçün üzüyü hansı barmağa taxmağın fərqi yoxdur. Həmçinin bunları oxuyun:
Baş barmağa üzük taxmaq günahdır?