namaz

Oruc, bayram namazı, qədr gecəsi və hicabla bağlı sual

    31.07.2014
Sual: 
Salam aleykum.Sizi qabaqdan gelen Fitr bayrami,muselmanar mubarek bayrami munasibetile tebrik edirem.Allah tutduqunuz oruclari qebul etsin.Sualim odur ki, fitr bayrami eger iyulun 29-u dursa saat 10.00'a qeder oruclu olub,sonra bayram namazini qilmaq lazimdir?Bes bayram namazi nece qilinir?Men bir gece qedr gecesinin quslunu aldim,lakin seherecan qala biledim.Imtahandan gelen gun idi.Isteyirdim 2 saat yatim sonra durum,amma o qeder yorqun olmusham ki,dura bilmedim.Bu gunahdirmi?
Cavab: 

Yalnız Ramazanda ayında namaz qılmaq doğrudurmu?

    28.07.2014
Sual: 
Salam.Mən 15 yaşındayam və bu Ramazan ayında Namaza başladım.İstəyirəm ki ancaq bu ayı qılım,səbəbi də bu dur ki mən 11ci sinifə keçdim və istemirəm ki,irəlidəki aylarda boynuma qəza yığılsın dərslərə göra,çünki ders çox olacaq.İn Şa Allah Allah can aaglığı versin,gelen ildən artıq ömrüm boyu Namaza başlamaq isteyirem.Sizcə belə olar?Məni başa düşürsüz yagin ki,mənə cavablandırın bu sualımı.Allah Razı oısun
Cavab: 

Aleykum salam. Namaz qılmaq ağılı başında olan, həddi-büluğa çatan hər bir müsəlman kişi və qadına vacibdir. Sizin 15 yaşınız varsa, artıq siz həddi-büluğa çatmış sayılırsınız. O ki, qaldı namazları qəza etmək məsələsinə, bu məsələyə görə narahat olmayın.

Dəstəmazı və namazı batil edən hallar

    28.07.2014
Sual: 
burunnan qan gelerse destamazi pozur bunu bilmek istirem yada namaz vaxti burunnan qan duwse namaz batil olur ??
Cavab: 
Qanaxma nə dəstəmazı, nə də namazı batil etmir. Bir çox səhabələrin yaralı halda namaz qılması ilə bağlı rəvayətlər var. Ömər ibn əl-Xattab (Allah onlardan razı olsun) da namazda ikən qılıncla vurulduğuna baxmayaraq namazı yarımçıq dayandırmamışdır. Bu dəlalət edir ki, qan murdar deyil.

Namazda qiyamda oxunan surələrin ardıcıllığı zəruridirmi?

    26.07.2014
Sual: 
Salamun aleykum, qiyamda deyilen surelerin ardicilligi onemlidirmi? Men Fatihe, Kovser, Feleq, Nas , Ixlas surelerini bu cur ardicilligla deyirem. Duzdur?
Cavab: 

Va aleykum salam. Namazda zəruri olan, əvvəlcə Fatihə surəsini oxumaqdır. Daha sonra digər surələri istədiyiniz ardıcıllıqla oxuya bilərsiniz. Buna dəlil aşağıdakı hədisdir: Rəvayət edilir ki, Huzeyfə demişdir: “Mən Allah Elçisi ilə birlikdə gecə namazını qılırdım.

Heyz müddəti bitdikdən sonra ləkə gəlsə oruca davam etmək olar?

    26.07.2014
Sual: 
ilk once vereceyim sala gore cox cox uzur isteyirem. ama bilmek isteyirem. uzur isteyirem heyz hali bitdikden sonra qusul alib oruca davam etdim lakin qehveyi rengli leke geldi. ama orucumu pozmadim davam etdim. bu halda orucum duzgundur? novbeti gunlerdede qusul almdan orucuma davam etdim bes hec bir leke gelmesede qusul almadan tutdugum oruclar qildigim namazlar duzdundur? sualimi tezlikle cvblandirsaniz cox sevinerem. indiden tesekkurler..
Cavab: 

Salam aleykum. Əgər əmin olsanız ki, adət üzrə baş verən halın müddəti tam bitib, onda həmin ləkəyə fikirmədən oruc tutub namaz qılmanız düzgündür.

Bu üç vacib əməldən ilk öncə hanısını yerinə yetirmək lazımdır?

    26.07.2014
Sual: 
Salamu alekum. Sizden bir sualima cavab vermeynizi isteyirem. Deyeki yaxin bir eqraban vefat edib. Bu ise ele bir vaxtda olub ki hemen vaxt hem namazi vaxtidi hem iftardi hemde vefat etmis eqrabani kefenlemek lazimdi.bunlarin hansi ilk novbede etmek lazimdi? Evelceden cox sag olun
Cavab: 

Aleykum salam. İlk öncə orucu açmaq lazımdır. Daha sonra namazı qılmaq və sonra da dünyasını dəyişən şəxsi kəfənləmək olar. 

Pages