namaz

Valideynim əli bağlı namaz qılmağa və niqab geyinməyimə razı deyillər, nə edim?

    26.07.2014
Sual: 
Salam Aleykum.Menim sualim beledi.Men Elhemdulilleh selefiyem.Namazlarimi eli bagli Peygenber(s.e.s) sunnesine uygun olaraq in wa Allah ki qiliram.Ama buna ne qohumlar razidi nedeki esas valideyinim.Anam mene diyirki elivi ac namaz qil.Eks teqdirde haqqimi sene halal elemirem.Usdelik men niqaba kecmek isdiyirem bunada neyinki etiraz bildiriller hetta qadaga ediller.Valdeyinim halal etmir deye ibadeterim batildir? Xaiw edirem mene meslehet verin.Allah razi olsun.Haqqinizi halal edin.
Cavab: 

Aleykum salam. Niqab vacib olmadığı üçün bu məsələdə valideynlərinizin dediyini edin. Namazı isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qıldığı kimi qılmaq lazımdır. O, demişdir: "Məni necə namaz qılan gördünüzsə, sizdə elə namaz qılın". (əl-Buxari, 631).

Əli bağlı namaz qılmaq və keçmiş illərin qəzasını qılmaq haqqında

    25.07.2014
Sual: 
Salam.Eger şielik batildirse bes onda neye göre Qurani Kerimde deyilir ki , namazıları qiyam halında qılın?!Amma ehli sünne barede heçne yoxdur.Birde ki , keçmiş namazların qezalarını qılıb qılmamaq baresinde deqiq sehih bir hedis ya menbe gösdere bilersiz?
Cavab: 

Aleykum salam. Əvvəla biz hansısa məzhəbin batil olduğunu deməmişik və ümumiyyətlə məzhəb məsələlərindən uzaq durmağa çalışırıq: Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.

"Müasir" həyat tərzi keçirən qadını İslama necə dəvət etmək olar?

    25.07.2014
Sual: 
Assalamu aleykum ve rehmetullahi ve bereketuhu. Əzizlərimdən biri, qadındır, ibadətə başlamaq istəyir. bilmək istərdi ki, ibadət edən qadın çımərliyə gedə bilərmi? ümümiyyətlə bu məsələlər dində necə tənzimlənir? məlumat üçün deyim ki, o sovet dönəmində formalaşmış bir insandır və kifayət qədər "müassir" həyat tərzi sürür. Elə düşünürəm ki, bir andaca hər şeyi atmaq onun üçün çox çətin olacaq. qorxuram ki, bəzi qadağalar onun ibadətə başlaması üçün əngəl olsun. Allah rizası üçün məsləhət və tövsiyələrinizlə ona yardımçı olun. Allah razı olsun.
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) səhabələri dəvətə göndərərkən əvvəlcə insanları tövhidə çağırmağı, qəbul edərlərsə gündə 5 vaxt namaz qılmağı, daha sonra digər məsələləri təbliğ etməyi buyurmuşdu.

Qadın və kişinin qıldığı namazdakı fərqləri yaza bilərsinizmi?

    23.07.2014
Sual: 
Salam.bele xeyirli bir isle mesgul oldugunuz,insanlari aydinpatdiginiz ücun Allah sizden razi olsun.xahis edirem kisi ve qadinin qildigi namazda ferqleri aydin sekilde izah ederdiniz.evvelceden teşekkürler
Cavab: 

Aleykum salam. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi bir fərq yoxdur. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).

Övladın olması üçün istixarə (hacət) namazı qılmaq olar?

    22.07.2014
Sual: 
Salam. Ovlad hesreti cekirem.Duami elbette eskik etmirem. Mene dedilerki gece Hacet namazi qil ve Allahdan hacetini dile.bele etsen Allah sene ovlad verecek.men de etdim.Buna nece aciqlama vererdiz?
Cavab: 
Aleykum salam. Sizə vacib olan hər hansı iş üçün istixarə (hacət) namazı qıla bilərsiniz. Həmçinin oxuyun: 

Namazda hansı hissələr səsli deyilir?

    20.07.2014
Sual: 
Siz sayita namaz qilmaq haqqinda video yerlesdirmisiz ve o videonu izledim, sadece men namaz qilmiram ama etrafli melumat almaq isteyirem ki, bu qilinan namaz kisileremi aiddi? Videoda gosterilmisdir ki, ayagi nece qoymaq lazimdir ve avazla oxunurdu. Yeni insallah namaz qilacam bele avazlami oxumaliyam ve sureler bezi yerlerde ucadanmi deyilmelidi? Onceden tesekkurler
Cavab: 

Salam aleykum. Videodakı namaz qaydası həm kişilərə, həm qadınlara aiddir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hamı üçün bir namaz qılmaq qaydası göstərmişdir. Videoda təlim məqsədi ilə bütün hissələr səsli deyilib. Əslində bəzi hissələr səsli, bəziləri isə səssiz oxunmalıdır.

Pages