namaz

Hənbəli və Hənəfi məzhəbinin davamçıları bir yerdə camaat namazı qıla bilərlərmi?

    05.07.2014
Sual: 
As Salamu Aleykum. Necesiz? Men henbeli mezhebinin namazini qiliram. Qonaqlarimiz ise henefi. Onlar bize qonaq gelibler. Biz bir yerde camaat namaz qila bilerik? Allah Razi Olsun.
Cavab: 

Aleykum salam. Bəli, qıla bilərlər. Bir yerdə namaz qılmağın məzhəbə aidiyyatı yoxdur.

Namaz dəfələrlə qılıb tərk edənin bu halda ölərsə hökmü nədir?

    05.07.2014
Sual: 
SALAM aleykum. Bir insan namaz qilib saxlayib son bir muddetden sonra yene qilib saxlayib.Yeni namazi 2 defe qilib saxlayib. Bu halda olubse muselman kimi olur yoxsa kafir kimi? 2) Bir insan namazi qilib saxlayibsa ona murted demek olarmi? ALLAH razi olsun.
Cavab: 

Aleykum salam. Qiyamət günü sizdən kimin kafir, kimin mömin olmasını soruşmayacaqlar. Yaxşı olar ki, vaxtımızı özümüzə aid olan məsələlərə sərf edib, ölüm bizi haqlamamış çoxlu xeyirli əməllər edək.

Niyyət, oruc, qüsl, dəstəmaz və namaz haqqında sual

    05.07.2014
Sual: 
Salam Aleykum..1)imsaka baslayanda da niyyet edilir? yeni niyyet etdim Allah rizasi ucun imsaka,bir de adeten gormusem ki imsaki bitirennen sora su ile niyyet edirler ki niyyet etdim orucumu baglamaga..bele seyler var yoxsa bidetdi?yeni imsaki basladiqda ve ya qurtadiqdan sora ne etmek lazimdi?,orucu acarken euuzu besmele cekilir yoxsa nece? 2) qusl ve ya destemaz almaga baslayanda sadece bismilleh demek lazimdi yoxsa euzu besmele? 3)namazi picilti ile oxumaq gunahdi? Allah razi olsun.
Cavab: 

Aleykum salam.

Valideynlərim deyir ki, namaza başlasan sübhə dura bilməyəcəksən. Mən nə edə bilərəm?

    03.07.2014
Sual: 
salam menim 16 yasim var namaz qilmaq cox isteyerem ancaq valideyinlerim icaze vermir ki sen seher sub tezden oyana bilmezsen teze baslasam gunde bir defe ede bilerem ?nece mene komek ede bilersiz etrafli saq olun
Cavab: 

Aleykum salam. Hətta siz sübh namazlarına dura bilməsəniz belə inşallah namaz qılmağa başlayın. Nə vaxt yuxudan dursanız sübhün qəzasını həmin vaxtı qılarsız. Əsas odur ki, başlayasız.

Pages