Qadın corbasız namaz qıla bilərmi?
Aleykum salam. İslama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.
Aleykum salam. İslama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.
Aleykum salam. Bu cavabı oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?
Aleykum salam. Bəli, namaz xalçası (cənamaz) olmadan namaz qılmaq düzgündür. Murdar şeylərə bulaşmamış istənilən səthin üzərində namaz qılmaq olar.
Aleykum salam. İslamda əvvələr qılmadığım illərin qəza namazları anlayışı yoxdur. Səhabələr islama yeni girdikdə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onlara keçmiş illərin qəzasını qılmağı əmr etməmişdi.
Aleykum salam. Bu cavabları oxuyun:
Qəzaya qalan namazlara necə niyyət edilir?
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Aleykum salam. Əlhəmdulilləh, Allah razı olsun, yaxşıyıq. Kiçik yaşlı qız uşağı örtüksüz namaz qıla bilər. Amma uşaqları bu yaşdan baş örtüyünə alışdırmaq, həvəsləndirmək bəyənilən və gözəl əməllərdəndir.
Aleykum salam. Əgər axşam namazı dedikdə məğrib namazını nəzərdə tutursunuzsa, bəli, fərq var. Məğrib namazı üç rükət qılınır, vitr isə bir rükət qılınır. Bəzi rəvayətlərə görə vitri birbaşa üç rükətdə qılmaq olur.
Və aleykum Salam. Azan və iqamə oxumaq camaat üçün istənilən halda (səfərdə, evdə, namazın qəzasını qıldıqda) bir nəfərin etməsi kifayətdir. Tək namaz qılan şəxs üçün isə vacib olmasa da, müstəhəb, yəni bəyənilən əməldir. Qadınlar üçün isə nə azan nə də iqamə vermək vacib deyildir.
Aleykum salam. Yoldaşınız içki içirsə, sizin namaz qılmanız günah deyil. Uca Allah buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar.
Aleykum salam. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi fərq yoxdur, çünki Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).