namaz

Burada sualları cavablandıranlar kimlərdir?

    14.05.2014
Sual: 
Salam aleykum. Burdaki suallari cavablandiranlar sunnidiler yoxsa şiə? Men mohurle namaz qiliram ve bilirem ki, dogrudur. Men peygemberimizin yolu ile gedirem. Chox adam beledir. Yeni men gunde 3 defe namaz qiliram!
Cavab: 

Aleykum salam. Bu sayt heç bir məzhəbi və təriqəti təbliğ etmir. Bu saytı açmaqda məqsədimiz Qurana və səhih hədislərə əsaslanaraq İslamı olduğu kimi insanlara çatdırmaqdır.

Namaz və dəstəmazla bağlı sual

    12.05.2014
Sual: 
Salam aleykum. Eger destemazimiz bilmeden pozulsa, yeni bilmeden her hansi bir yerimizden irin-zad gelerse, destemaz pozulmush sayilirmi? Eger namaz arasinda bilmeden her hansi yerden irin gelerse ve biz bunu bilmesek destemaz pozulmush sayilirmi?
Cavab: 

Aleykum salam. Dinimizə görə bədəndən çıxan irin dəstəmazı və namazı pozmur. Dəstəmazı isə yalnız ön və arxa məxrəclərdən çıxanlar, həmçinin yuxuya getmək və ya huşu itirmək pozur.    

Namazla bağlı bəzi məsələlər

    12.05.2014
Sual: 
Salam aleykum. Namaz qilirken secdede olanda dirsekler yere deymelidir, yoxsa qollar arali tutulub dirsekler yuxarida olmalidir? Birde dabanlar birleshledirlimelidi? Men birlsehdirmirem. Dabanim ve dirseyim yere deyir. Chunki evvelden bele oyrenmishem. Amma saytlarda heresi bir cure yazir ve adam chash-bash qalir. Bes teshehhudde ayaqlar nece qoyulmalidir? Men herede bir cure gorurem. Bu meselede deqiq hansidir? Yeni ki, (təvərrük qaydasında) oturmalı, bu zaman sağ ayağını (əvvəl göstərildiyi kimi) şaquli vəziyyətdə saxlamalı və sol ayağını onun altından sağ tərəfə çıxarmalıdır.
Cavab: 

Aleykum salam. Namazda dirsəklər yerə dəyməməlidir və dabanlar birləşdirilməlidir. Təşəhhüddə isə sol ayağın üzərində oturulur, sağ ayaq isə dediyiniz kimi şaquli vəziyyətqə qalaraq barmaqların ucları qibləyə tərəf əyilir. Həmçinin, hər bir fərz namazdan sonra zikr etmək yaxşıdır.

Namazın sözlərini səhv deyəndə namaz batil olurmu?

    12.05.2014
Sual: 
Salamu aleykum. Bilmek isteyirem ki, namazda sehv edende yeni sozlerinin hansinisa sehv deyende namaz batil olurmu? Yeni namazdan chixmaliyam, yoxsa davam etmeliyem? Davamli olmur, amm arada olur.
Cavab: 
Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra oxunan surələrdə səhv etdikdə səhv səcdəsi edilmir. Çünki Fatihədən başqa oxunan Quran surələri müstəhəbdir. Səhv səcdəsi salamdan əvvəl və ya salamdan sonra edilə bilər.

Namaz əsnasında ilan və əqrəbi öldürmək olarmı?

    11.05.2014
Sual: 
Salam aleykum. Size bele bir maraqli sualim var. Goresen namaz əsnasında ilan və əqrəbi öldürmək olarmı? Yeni, bir nəfər 5 vaxt qılınan namazlardan birini qılmağa başlayır və bu zaman qarşısında ilan və ya əqrəb görür. O namazı saxlayıb onu öldürə bilərmi, yoxsa namazını tamamlamalıdır?
Cavab: 

Aleykum salam. Namazı saxlayıb ilanı və ya əqrəbi öldürmək olar. Çünki Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurub: "Namaz qılarkən bu iki qaranı: ilanı və əqrəbi öldürün". Həmçinin, namaz qıldığı yerdə öldürmək mümkün olarsa, namazdan çıxmadan da öldürmək olar. 

Uzandığın yerdə zikr etmək olarmı?

    07.05.2014
Sual: 
Salam aleykum. Uzandigin yerde zikr etmek olarmi? Men herden gece namazindan sonra uzandigim yerde zikr edirem. Bunu etmekle duz ediremmi? Birde men herden gece yatanda Allahima deyirem ki, Allahim gecen xeyire qalsin! Bunu deyende gunah etmirem? Seher de duranda Allahim sabahin xeyir deyirem. Bunlari demekle duz ediremmi? Birde men bilmeden shie namazi qilirdim. İndi sunni namazi qiliram. Sizce Allah menim shie namazimi qebul edibmi? Cavab yazin. Allah Subhanehu ve Teala sizden razi olsun.
Cavab: 

Aleykum salam. Uzanaraq zikr etmək olar. Uca Allah buyurur: "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.

Pages